DURACAQ

is.
1. Nəqliyyat vasitələrinin dayanacaq yeri; duraq. Biz gəlib duracağa çatdıq. Avtobus duracağı.
– Yol üzərində bulunan duracaqların birində bir qədər dincəlmək lazım gəldi. S.Hüseyn.
Bir qədərdən qatar duracağa çatdı. S.Rəhimov.
Tramvayın duracağındakı adamlar nə isə deyibgülürdülər. M.Hüseyn.

2. Son, nəhayət, axırıncı. Duracaq qiymət.
3. Uşağın ayaq üstə durub yeriməyi öyrənməsi üçün diyircəkli çərçivə şəklində arabacıq. Uşaq gəzməyə başlayır, ona bir duracaq alınmalıdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DURACAQ duracaq bax dayanacaq
  • DURACAQ son — nəhayət — axırıncı
  • DURACAQ dayanacaq
DURA-DURA
DURAQ

Digər lüğətlərdə