FIRFIRA

is.
1. Çox iti fırlanarkən bir ucu üzərində dik vəziyyətdə duran dairə və ya şar şəklində oyuncaq; fırlanqıc. Fırfıra fırlatmaq.
2. fiz. Dayaq nöqtəsi ətrafında istənilən sürətlə fırlana bilən bərk cisim.
◊ Fırfıra kimi fırlanmaq məc. – yaltaqlanmaq, quyruq bulamaq, qulluq göstərmək.
Yarməmmədlə [Salman] fırfıra kimi sədrin başına fırlandılar. M.İbrahimov.
Leylək Zərrintac xanımın qabağında nə qədər qulluq göstərib fırfıra kimi fırlansa da … xanım onu saya salmırdı. S.Rəhimov.

FIRÇILTI
FIRIQ

Digər lüğətlərdə