FƏRR

ə. 1) parlaqlıq, işıq, nur, aydınlıq; 2) göz işığı; 3) bəzək, zinət, rövnəq; 4) təntənə, dəbdəbə; 5) gözəllik; 6) qaçma, qaçaqaç.

FƏRMUDƏ
FƏRRAŞ
OBASTAN VİKİ
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Fərraş
Fərraş — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılmışdır. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi XIX əsrdə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş sarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılar bu oykonimi Fərraş şəxs adı və ya orta əsrlərdə saray xidmətçisi vəzifəsi ilə əlaqələndirirlər. Əslində, faraş sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində heyvanlara və bitkilərə aid olub "tez böyüyən, iriləşən, vaxtından əvvəl yetişən" mənasında işlənir. Kənd dağlıq ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Fərrux
Fərrux — kişi adı.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux Abbasov
Fərrux Azər oğlu Abbasov (18 oktyabr 1994, Zəlimxan, Ağstafa rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Fərrux Abbasov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Fərrux Abbasov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fərrux Bayramov
Fərrux Hacıyev
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Fərrux Hüseynov
Fərrux Hüseynov (siyasətçi) — Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini
Fərrux Hüseynov (siyasətçi)
Fərrux Hüseynov (tam adı: Fərrux Əsgər oğlu Hüseynov) — Azərbaycanlı siyasətçi Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında Ermənistanın Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib. Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Fərrux Hüseynov (şəhid)
Fərrux Hüseynov (tam adı: Fərrux Baxış Hüseynov 29.4.1995, Şilyan, Kürdəmir, Azərbaycan — 9.11.2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Fərrux Baxış oğlu 25 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub. 2001-2012-ci illərdə Kürdəmir rayon Rüstəm Quliyev adına şəhər 5 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olub. 2016-cı ildə Ali hərbi məktəbi bitirib, tank bölüyünün komandiri kimi xidmətə başlayıb.27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Birinci dəfə, idarə etdiyi tankın vurulmasından sonra içəridə yaranan qatı tüstüdən boğulan 3 nəfərlik heyətdən yalnız özü sağ qalaraq təkrar döyüşlərə qayıdıb. Həkimin etirazına baxmayaraq yenidən döyüşlərə atılıb. İkinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulur. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində şəhid olub. Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.
Fərrux Həsənli
Fərruxnamə
Fərruxnamə (türk. Ferruhnâme) — Nəsuh Nəvali tərəfindən XVI əsrdə ərəb dilindən Osmanlı türkcəsinə tərcümə olunan siyasətnamə. Aristotelin ərəb dilinə tərcümə edilən (Kitabü’r-riyasəti və 's-siyasi) İskəndər retorikası (yun. Ῥητορικὴ πρὸς Ἀλέξανδρον) adlı əsərinin Osmanlı türkcəsinə tərcüməsidir. 16 fəsildən və bir əlavədən ibarət olan əsərin 264 səhifəsi var. Əsərdə tez-tez atalar sözlərindən, ifadələrdən istifadə edilib. Proloq və əlavə hissələrində Makedoniyalı İsgəndər barədə məlumat verilib. Digər fəsillərdə müxtəlif ərdəmlərdən bəhs olunub. Əsər nəsihət verici bir üslubda yazılmışdır. Yazılış tərzi bəzəkli və ağırdır.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. İran A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Fərruxru Parsai
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. İran A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Fərruxsiyar
Fərruxsiyar — Böyük Moğol İmperiyasının X padşahı.
Fərruxzad
Fərruxzad — ad.
Fərruxzad (Qəznəvi hökmdarı)
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Fərruxzad (Sulduz)
Fərruxzad (fars. فرخ زاد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,077 nəfər yaşayır (264 ailə).
Fərruxzad Bavəndi
Fərruxzad Bavəndi (VII əsr – 665, Təbəristan) — Sasani generalı, Bavəndilər sülaləsinin banisi, Fərrux Hörmüzün ikinci oğlu. Sasanilər dövründə Atropatena və Xorasan sipahbədi idi. Cəlulə döyüşündə Sasani ordusuna başçılıq etmiş və məğlub olmuşdu. Daha sonra Bəhram Çubinin nəvəsi Siyavuş Mehranini məğlub edərək Təbəristanı ələ keçirmiş və öz şahlığını elan etmişdir. 665-ci ildə Valaxş Karen tərəfindən öldürülmüşdür. 5 oğlu olmuşdur: Şahrəm I Söhrab - Təbəristan şahı İsfəndiyar - Azərbaycan mərzbanı Bəhram -Talış hakimi Fərruxan Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Fərruxzad Qəznəvi
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Fərruxşah
Fərruxşah — Kirman hökmdarı Məlik Dinarın oğlu və Toğrul şahın nəvəsi idi. Hakimiyyəti çox qısa sürmüş və ölümündən sonra bir müddət qardaşı Əcəmşah taxta çıxmaq istəmişsə də, tezliklə Kirman Xarəzmşahlar dövlətinə birləşdirilmişdi.
Fərruxşəhr
Fərruxşəhr— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 28,920 nəfər və 7,532 ailədən ibarət idi.
Fərrəx Dəulətşa
Fərrəx Dəulətşa (başq. Фәррәх Дәүләтша улы Дәүләтшин 31 dekabr 1887, Ufa quberniyası – 10 yanvar 1956, Birsk rayonu, Başqırd MSSR) — şair, folklorşünas, başqırd ədəbiyyatının klassiki. Başqırd Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1944), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar Birliyinin üzvü (1939). Fərrəx Dəulətşa 31 dekabr 1887-ci ildə Ufa əyalətinin Birsk qəzasında, Starourtaevo kəndində anadan olmuşdur. 8 yaşında valideynlərini itirir. 1913-1916-cı illərdə Belı Klyuç kağız fabrikində (Akçişminski kağız fabriki) işləyərkən, buxar qazanının partlamasından gözlərini itirir. Ağır xəsarət aldıqdan sonra işsiz qalır. Kəndinə qayıdan Fərrəx Dəulətşa yemi mahnılar bəstələməyə və ifa etməyə başlayır. Kənddə başlayan inqilabi quruluş onun əsərlərinin mövzusunu müəyyənləşdirir ("Dağlarda gəzən bir adam", "Baba Yagir", "Boyarların bəlası", "Bayt Nuri"). Beytlərində hər cür folklordan - tapmacalardan, atalar sözləri və məsəllərdən, kubayırlardan, nağıllardan və adət-ənənələrdən istifadə edir.