FİLARMONİYA

Yunancadır, filio (sevirəm) və harmoniya (ahəngdarlıq) sözlərindən əmələ gəlib: “harmoniyanı sevirəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FİQURANT
FİLFİLƏ
OBASTAN VİKİ
Filarmoniya Bağı
Filarmoniya bağı — Bakının mərkəzində, Qala divarları yaxınlığında salınmış bağ. == Tarixi == XIX əsrin əvvəllərində Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyur. Gətirilən torpaq sahildə bir yerə tökülür. Həmin torpağın yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə, Filarmoniya bağı şəhərin "yaşıl adası"na çevrilir. Bu bağda "Gün keçdi" filminin qəhrəmanları qartopu oynayıblar, Qurban Səidin "Nino"su "Əli"yə məhz burada görüş təyin edib. Hətta əsərdə Əli o vaxtkı Qubernator, indiki Filarmoniya bağını "Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ" deyə qeyd edir. İlk dövrdə burada tut ağacı, qarağac, şam, akasiya və bir çox çiçəklər əkilir. Daha sonra Filarmoniya bağı üçün yerli ağaclarla yanaşı, digər ölkələrdən də ağaclar gətirilir. XIX əsrin 1960-1970-ci illərində bağın ərazisi xeyli genişləndirilir, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılmışdı.
Filarmoniya bağı

Azərbaycan Dövlət Akademik Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır. == Binası == === Tarixi === 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi. Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir.
Azərbaycan Dövlət Filarmoniyası

Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. == Tarixi və fəaliyyəti == Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir. Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri, 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir. İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar. Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur. 2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Gəncə Dövlət Filarmoniyası

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır. == Binası == === Tarixi === 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi. Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

Naxçıvan Dövlət Filarmoniyası
Naxçıvan Dövlət Filarmoniyası — Naxçıvan şəhərində fəaliyyət göstərir. == Tarixi == 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Burada xalq çalğı alətləri ansamblı, rəqs kollektivi, instrumental ansambl, simfonik heyət fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri, solistləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Finlandiya, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər. == Estrada Orkestri == Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli, 63-04/S nömrəli Sərəncamı ilə yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri

T.Muradov adına Dağıstan Dövlət Filarmoniyası
T.Muradov adına Dağıstan Dövlət Filarmoniyası — Dağıstan Respublikasının Mahaçqala şəhərində Filarmoniya. Filarmoniya Dağıstanlı müğənni və bəstəkar Tatam Əlieviç Muradovun adını daşıyır (1902-1958). == Tarixi == Filarmoniya, həvəskarların xor və instrumental qruplarının yaradılmasında fəal iştirak edən, tamaşalar, eləcə də respublikadakı ilk peşəkar musiqi qruplarını yaradan "Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülən ilk Dağıstan musiqiçisi müğənni və bəstəkar Tatam Muradovun adını daşıyır. Dağıstan Dövlət Filarmoniyası Dağıstan Konsert Bürosunun əsasında 1944-cü ilin yanvarında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin və Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Regional Komitəsinin Bürosunun 20.12.1943-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Dağıstan Dövlət Filarmoniyasını yaradıcı kollektivinin tərkibinə ilkin dövrlər milli mahnı və rəqs ansamblı, rus və milli konsert və estrada qrupları və sirk qrupu daxil idi. 1950-ci illərdə, bu günə qədər fəal maarif təbliğat işləri aparan müstəqil kollektiv halına gələn musiqi mühazirə zalı yaradıldı. 1970-ci illərdə V.Voylerin rəhbərlik etdiyi "Günib" vokal və instrumental ansamblı, M.Həsənovun rəhbərlik etdiyi "Dağlı rəqsləri" ansamblı, M.Ulakayevin "Dostluq" ansamblı, "Səhnədə sirk" qrupu P.Petrik, V.Qamalıyevin idarə etdiyi "Karnaval" pop şou qrupu, O. Myakişevin idarə etdiyi "Assa" pop qrupu, bədii söz ustası Yuri Rastoşanskinin qrupu Filarmoniyanın yaradıcılıq kollektivlərini təşkil edirdilər. 1980-ci illərdə filarmoniyada yenidənqurma işləri başladı. Bunun nəticəsində kiçik qruplar fəaliyyətini dayandırdı və ya başqa şəhərlərdəki filarmoniyalara köçdü və yeni yaradılanlar filarmoniyanın peşəkar mövqelərini gücləndirdi. == Filarmoniyanın fəaliyyəti == Dağıstan Filarmoniyasına hazırda aşağıdakı yaradıcı kollektivlər daxildir: Kamera Orkestri (1988), dirijor - Rusiya Federasiyasının əməkdar artisti Zərifə Abdullayeva; Caz Orkestri (1995), dirijor - Dağıstan Respublikasının Xalq Artisti Maqomed Abakarov; Musiqili mühazirə zalı; Simli Kvartet; Faina Qrafçenko, bədii söz ustası, Rusiya Federasiyasının əməkdar artisti; Solist -vokalçılar - Dağıstan xalqlarının dillərində ifaçılar; "Eridan" vokal ansamblı, rejissor - Dağıstan Respublikasının əməkdar artisti Mədinə İsmayılova; "Ademos" müasir rəqs ansamblı, rəhbəri - Zuleikha Akavova.
Tbilisi Dövlət Filarmoniyası
A. Mamavariani adına Tbilisi Dövlət Filarmoniyası (gürc. თბილისის საკონცერტო დარბაზი) — Gürcüstan Respublikasının Tbilisi şəhərində konsert kompleksi. Şəhərin görməli və istirahət məkanlarından biri. 2014-cü ildə Filarmoniyaya bəstəkar Aleksey Maçavarianinin adı verilmişdir. == Filarmoniyanın tarixi == Gürcüstanda Filarmoniyanın əsasının qoyulduğu günü, 1905-ci ildə, Tiflisdə Gürcüstan Filarmoniyasının rəsmi olaraq təsis edildiyi vaxt hesab etmək olar. Cəmiyyətin təşkilində Gürcüstanın aparıcı musiqiçiləri və ictimai xadimləri — Zəkəriyyə Paliaşvili, İa Karqareteli, Andrey Karaşvili, Filimon Koridze, Nikolay Sulxanişvili, Zakariya Çxikvadze, V. Karbelaşvili, İ. Çidjavadze, N. Kartvelişvili, P. Mirianaşvili və P. Mirianaşvili və başqaları fəal iştirak etmişdilər. N. Sulxanişvili cəmiyyətin ilk sədri təyin olmuşdu. Filarmoniya yarandıqdan az sonra "Gürcü dilində operaların səhnələşdirilməsi cəmiyyəti" ilə birləşərək gürcü milli musiqi əsərlərinin toplanmasında, onların populyarlaşdırılmasında fəal iştirak etdi. Bu da tədricən milli gürcü operasının yaradılmasına zəmin yaratdı. 1908-ci ildə cəmiyyət Tiflis Musiqi Məktəbini açdı.
V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası
V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası — Kislovodskda dövlət mədəniyyət müəssisəsi. Əvvəllər — Qafqaz Mineral Sularında Federal Filarmoniya (24 fevral 2014-cü ildə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin əmri ilə adı dəyişdirilmişdir.) adlanıb. Qafqaz Mineral Suları şəhərlərində yerləşən on konsert salonundan ibarətdir. == Tarixi == 1895-ci ildə Kislovodskda Filarmoniyanın əsas binası olan Kurort Zalı tikildi. Eyni zamanda, bu gün V.İ.Safonov adına Akademik Simfonik Orkestrin adını daşıyan daimi simfonik orkestr yaradıldı. Kurort Zalının yaradılması ideyası o dövrdə Moskva Konservatoriyasının direktoru və Rusiya Musiqi Cəmiyyətinin Moskva bölməsinin sədri vəzifəsində çalışan Vasili İliç Safonova məxsus idi. Safonov əslən Qafqazdan idi və buna görə də tez-tez Kislovodskda olurdu. Kurort zalı Vladiqafqaz dəmiryolu Səhmdar Cəmiyyətinin vəsaiti hesabına cəmi bir il ərzində "dəmiryolu işlərinin asudə vaxtının təşkili" məqsədi ilə tikilib. Bina belçikalı memar Evgeni Descubes tərəfindən layihələndirilib. Burda Avropa kurortlarının musiqi müəssisələrinin ənənələrində qorunub saxlanılmışdır.
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası (başq. Х.Әхмәтов исемендәге Башҡорт дәүләт филармонияһы) — Başqırdıstan Respublikasının Ufa şəhərində konsert kompleksi. Filarmoniya Bəstəkar Xusayin Faizulloviç Axmetovun adını daşıyır. == Filarmoniyanın tarixi == Filarmoniya Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 20 yanvar 1939-cu il tarixli fərmanı ilə açılmışdır. Filarmoniyanın yaradılmasının rəsmi məqsədi Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin səhnə, musiqi və xoreoqrafiya sənətlərinə olan ehtiyaclarının formalaşması və ödənilməsi idi. Filarmoniya cəmiyyətə Rus və Avropa musiqi və ədəbi klassiklərinin təbliğinə, Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin musiqisinin, xalq yaradıcılığının və çağdaş bəstəkar və yazıçıların əsərlərinin inkişafına təkan vermək məqsədilə yaradılmışdı. 1930–1940-cı illərdə Başqırdıstan Dövlət Filarmoniyasının yaranması Diana Nurmuxametova, Xabir Qalimov, Banu Valiyeva, Qabdraxman Xabibullin kimi adlarla yaxından əlaqəlidir. Filarmoniyanın çiçəkləndiyi dövrdə Fəridə Kudaşeva, Maqfira Qaleyeva, Bəxti Qaysin, İlfak Smakov, Süleyman Abdullin, Ramazan Yanbekov kimi estrada ulduzları mahnı ifa etmişdilər. Filarmoniyada müxtəlif ansambllar — Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı, musiqili və ədəbi mühazirə salonu, xor və kuraistlər ansamblı, iki orkestr, operetta və sirk qrupu yaradıcılığını inkişaf etdirmişdir. 1948-ci ildə 1986-cı ildə Alman firmasının "Sauer" orqanının qurulduğu Konsert Zalı (indiki Kiçik Zal) açılmışdır.
Çeçenistan Dövlət Filarmoniyası
Adnan Şahbulatov adına Çeçenistan Dövlət Filarmoniyası — Çeçenistan Respublikasının əsas peşəkar konsert təşkilatı. == Tarixi == Xalq teatrında bədii özfəaliyyət kollektivləri, musiqi studiyası və xalq çalğı alətləri orkestri əsasında rejissor Q.X.Mepurnovun təşəbbüsü ilə 1936-cı ildə çeçen-inquş mahnı, musiqi və rəqs ansamblı yaradıldı. Bədii rəhbər və baş dirijor Qazaxıstan SSR-in əməkdar incəsənət xadimi L.M.Şarqorodski idi. 1939-cu ildə bu kollektivlərin bazasında filarmoniya yaradıldı. Eyni zamanda musiqi məktəbinin müəllimi D.Beslerin rəhbərliyi ilə Filarmoniyada simfonik orkestr yaradılmışdır. Orkestrin üzvlərindən simli kvartet və estrada qrupları təşkil edildi. Filarmoniya respublikanın musiqi mədəniyyətinin inkişafına böyük töhfə vermişdir. Bir sıra sovet bəstəkarları çeçen-inquş folkloru əsasında əsərlər yaratmışlar: A.A.Davidenkonun "Çeçen süitası", M.V.Kovalın "Djigitovka", "Çeçen-inquş mövzularında simli kvartet üçün süita" və "Çeçen-inquş melodiyası" N.S.Reçmenski, Umar Beksultanovun "Dağlar əfsanəsi" şeiri bu qəbildəndir. Çeçen-İnquş MSSR-in əməkdar artisti A.Xalebski simfonik orkestr üçün çeçen-inquş mövzularında süita, çoxsaylı xor əsərləri yazmış, çeçen-inquş folklorunun mahnı və rəqslərini ayrıca yazılar və aranjemanlar etmişdir. == Deportasiyadan sonra == Çeçen-İnquş Filarmoniyasının çiçəklənmə dövrü Vaxa Tataevin (1958–1976) respublikanın mədəniyyət naziri olduğu dövrə düşmüşdü.
Şimali Osetiya Dövlət Filarmoniyası
Şimali Osetiya Dövlət Filarmoniyası — Vladiqafqaz şəhərində konsert təşkilatı. 1944-cü ildə açılmışdır. 2017-ci ildən Opera və Balet Teatrı ilə birlikdə Mariinski Teatrının üzvüdür. Filarmoniyanın yerləşdiyi bina federal əhəmiyyətli mədəni irsin memarlıq abidəsidir (No 1530263000). == Tarixi == Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Filarmoniyası, 1944-cü ildə Vladiqafqaz Alman cəmiyyətinə məxsus olan Evangelist Lüteran Kilsəsinin binasında açılan Şimali Osetiya Simfonik Orkestri və ŞOMSSR-ın yaradıcı kollektivləri əsasında yaradılmışdır. Filarmoniya, Osetiya simfonik musiqisinin yaranmasına töhfə verdi. Filarmoniyanın açılışı, əsərlərini orkestrləşdirən və ictimaiyyətə təqdim edən bir çox bəstəkarları cəlb etdi. Belə ki, D.Xaxanov, İ.Qabarayev, H. Pliev, T.Kokoiti, R.Tsorionti, G.Abayev, Janna Pliyeva, L.Kanukova, Z.Xabalova, A.Makoyev kimi bəstəkarlar Filarmoniya ilə daim əməkdaşlıq edirdilər. Maria Kotoliyeva, Yuri Batsazov, Dolores Bilaonova, Emilia Sallaqova, Taisiya Toqoyeva, Elkan Kulayev, Valeri Saqkayev və s. kimi görkəmli opera və kamera müğənniləri Filarmoniyada çalışmışdılar.
Odessa Dövlət Filarmoniyası
Odessa Dövlət Filarmoniyası (Yeni birja) — 1931-ci ildə əsası qoyulmuş Odessanın ən böyük konsert binalarından biri. Elə həmin ildə filarmoniyanın simfonik orkestri rəsmi olaraq yaradılıb. Filarmoniya iki zaldan: kamera və konsert zallarından ibarətdir. Filarmoniya Odessa "Yeni" birjasının binasında yerləşir. == Filarmoniyanın tarixi == Bu binanın sələfi 1842-ci ildə yaradılmış Odessa Filarmoniyası idi. Buraya həm musiqiçilər, həm də Odessanın tanınmışları; yazıçılar və hərbi qulluqçular daxil idi. Cəmiyyət xeyriyyə konsertləri verir və yeni başlayan sənətçilərə maddi dəstək göstərirdi. 1840-cı illərdə Filarmoniyanın səhnəsində Venyavski qardaşları, bəstəkar və pianoçu Ferens List çıxış edib. 1925-ci ildən binada simfonik musiqi konsertləri keçirilməyə başlanılıb. Odessa Konservatoriyasının professoru Leonid Moqilevski Odessa Filarmoniyasının Simfonik orkestrinin dirijoru olub.
Vinnitsa filarmoniyası
Vinnitsa filarmoniyası (ukr. Вінницька обласна філармонія) — Vinnitsa dövlət mədəniyyət müəssisəsi . == Tarixi == 1937-ci ilin mayında Vinnitsa Vilayət İcraiyyə Komitəsi yanında İncəsənət İdarəsinin qərarı ilə Vilayət Dövlət Şurası yenidən vilayət filarmoniyasına çevrildi. Həmin 1937-ci ilin oktyabrında Filarmoniya Vinnitsada simfonik orkestrin qastrolu, aparıcı artistlər O. Petrusenko, M. Qrişko, Z. Qayday, D. Oistraxın çıxışları təşkil etdi. Böyük Vətən Müharibəsi illərində Filarmoniyanın bir çox artistləri cəbhəyanı konsert briqadalarının tərkibinə daxil olmuş, 1944-cü ildə rayon faşist işğalçılarından azad edildikdən sonra rayon Filarmoniyası yenidən konsert fəaliyyətini bərpa etmişdir. == Tərkibi == Bu gün Filarmoniyada 100-dən çox artist çalışır və hər il 600-ə yaxın konsert verilir . Rayon filarmoniyasının yaradıcılıq prosesini yüksək ixtisaslı artistlərdən və ayrı-ayrı ifaçılardan ibarət konsert qrupları təmin edir: "Podoliya" mahnı və rəqs ansamblı bədii rəhbəri və baş xoreoqrafı, Ukraynanın əməkdar artisti Anatoli Kondyuk, baş xormeyster, Ukraynanın əməkdar artisti Viktor Volkov, orkestrin direktoru Vladimir Piroq; "Arkata" Kamera Orkestri bədii rəhbəri və dirijoru, Ukraynanın Əməkdar Artisti Georgi Kurkov; 'Uşaqlar üçün estrada və sirk qrupu "Arlekino", rejissor Valeri Voitenko; Vinnitsa şəhərinin orta məktəblərinin tələbələri üçün Musiqili lektoriya müəllim-musiqişünas Tatyana Snejkonun rəhbərlik etdiyi; Ukraynanın əməkdar artistləri Lyubov və Viktor Anisimovdan ibarət duet; 'Solist-vokalçılar — Ukraynanın xalq artisti Viktoriya Petruşenko (soprano), Ukraynanın əməkdar artistləri İrina Şvets (soprano), Vasili Korol (tenor), Natalya Veklenko (soprano), Mariya Çervoniy (mezzo-soprano); Instrumental solistlər — Ukraynanın əməkdar artisti Georgi Kurkov, Ukraynanın əməkdar artisti Qalina Quseva (skripka), Maksim Qrinçenko (skripka), İqor Kurkov (qoboy), Vitali Kozitski (qarmon); Musiqi lektoriyasının artistləri — Yuri Xarçenko, Vasili Jurbenko, Yaroslav Fiskov, Yuri Kşivak, İvan Kolomiets. == İstinadlar == == Xarici keçidlər == Вінницька обласна філармонія Arxivləşdirilib 2020-06-21 at the Wayback Machine //ЕСУ Офіційний сайт Вінницької обласної філармонії Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine Вінницька обласна філармонія.
Volın filarmoniyası
Volın filarmoniyası (ukr. Волинська обласна філармонія ) — Lutsk dövlət konsert təşkilatı, Volya prospekti, 46-da yerləşir. 1939-cu ildə yaradılmış Volın Mahnı və Rəqs Ansamblı Filarmoniyada yaradılmışdır. 1941-ci ildə Alman-Sovet müharibəsinin başlaması ilə qrup SSRİ-nin dərinliklərinə təxliyə edildi, burada konsert fəaliyyəti əsasən hərbi xəstəxanalarda cəmləşdi. 1945-ci ildə ansambl Volına qayıtdı və 1969-cu ildə dağılana qədər mövcud oldu. Filarmoniyanın konsert həyatı yaradıcı kollektivlərin, ayrı-ayrı ifaçıların qastrol səfərləri və Filarmoniyanın ədəbi-musiqili lektoriyaları sayəsində mövcud olmuşdur, onların tematik proqramları rayonun şəhər və kəndlərinin əhalisinin müxtəlif təbəqələrinin bədii zövqünün maarifləndirilməsinə xidmət etmişdir. Filarmoniya 1960-cı illərdə tikilib. Əvvəlcə avtovağzal yerləşirdi. Volın filarmoniyası 9 yaradıcı qrupdan ibarətdir, o cümlədən: Dövlət Akademik Volın xalq xoru "Kantabile" kamera orkestri "Akord" vokal kvarteti "Svityaz" ansamblının solisti-vokalisti, Ukraynanın xalq artisti, Taras Şevçenko adına Milli Mükafat laureatı Vasili Zinkeviç 4 ədəbi-musiqi mühazirəsi, o cümlədən Ukraynanın Xalq Artisti Vasili Çepelyuk və Ukraynanın Əməkdar Artisti Mixail Lazuka. Hər il Filarmoniyada "Stravinski və Ukrayna" festivalı keçirilir.
Çerniqov filarmoniyasının festivallar və konsert proqramları mərkəzi
Çerniqov filarmoniyasının festivallar və konsert proqramları mərkəzi (ukr. Чернігівський обласний філармонійний центр фестивалів та концертних програм) — Çerniqovda yerləşən (Ukrayna) regional filarmoniyası. Mərkəzin yaradılmasında məqsəd Ukrayna və dünya musiqi sənətinin populyarlaşdırılması, simfonik, xor, instrumental, vokal, xalq, torf və digər musiqi janrlarının ən yaxşı əsərlərini təbliğ etmək, geniş mədəni-maarifləndirmə işləri aparmaqdır. Mərkəz hər il festivallar, müsabiqələr və digər tədbirlər təşkil edir. == Tarixi == Çerniqov filarmoniyası 1944-cü ildə rayon incəsənət işləri üzrə idarəsinin əmrinə əsasən Filarmoniya haqqında 22 may 1944-cü il tarixli 1 nömrəli əmrlə yaradılmışdır. 12 nəfərdən ibarət tam ştatlı yaradıcı heyət konsert komandalarına bölünüb. Birincisi 5 nəfərdən, ikincisi isə yeddi nəfərdən ibarət idi. Əsər yaradıcı rəssamların tam ştatlı heyəti, həmçinin əmək müqaviləsi üzrə frilanserlər və ştatdankənar rəssamlar tərəfindən ifa olunub. Filarmoniya mövcud olduğu vaxtdan keçmiş Yeletski monastırının ərazisində yerləşirdi. Filarmoniya 1964-cü ildə 612 yerlik zalı olan daimi binalar aldı — bu, Nikolayev Yeparxiya Qardaşlığının keçmiş evidir.
Çernovits filarmoniyası
Çernovits filarmoniyası (ukr. Чернівецька обласна філармонія) — Ukraynanın dövlət filarmoniyaları şəbəkəsinin bir hissəsidir. == Tarixi == Filarmoniya binası 1876–1877-ci illərdə Avstriya-Macarıstanda Çernovits musiqi cəmiyyətinin "Bukovinada Musiqi Sənətini Təbliği Birliyi"nin konsert zalı kimi tikilmişdir. Tikinti könüllü ianələr hesabına həyata keçirilib. Hazırda bina memarlıq abidəsi kimi tanınır. 1940-cı ildə Çernivits Vilayət Filarmoniyası yaradıldı. Orqan və kamera musiqisi zalı 1992-ci il avqustun 18-də Ukraynanın müstəqilliyinin ildönümü münasibətilə açılıb. == Konsert proqramları == Bu zalda çıxış edən görkəmli musiqiçilər arasında Solomiya Kruşelnitskaya, Fyodor Şaliapin, Nikolay Lısenko var. == Tərkibi == Filarmoniya musiqiçilərdən və akademik və xalq musiqi kollektivlərindən ibarətdir. 1944-cü ildə Ukraynanın Bukovinian Mahnı və Rəqs Ansamblı yaradılmış, 1975-ci ildən üç ildən sonra Kiyevdə kamera ansambllarının Respublika müsabiqəsində laureat adını qazanmış Kamera Orkestri fəaliyyət göstərir.

Значение слова в других словарях