FƏZLULLA

Allahın mərhəməti (bəxşişi), Tanrının fəziləti.
FƏZLİN
FİDAİL
OBASTAN VİKİ
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Fəzlulla xan Ağevli
Fəzlulla xan Əmənulla xan oğlu Ağevli (1887–1920)—İran ordusunun polkovniki. == Həyatı == Fəzlulla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, orta məktəbi bitirəndən sonra Fransaya yollanmışdı. Ali hərbi məktəbi tamamlayandan sonra vətənə dönmüşdü. Jandarmeriyada xidmətə başlamışdı. I Dünya Savaşı dönəmində Mazandaranda xidmət edirdi. Fəzlulla xan Ağevli "1919-cu il qərardadı" ilə bağlı komissiyaya daxil edilmişdi. Fəzlulla xan Ağevli 1920-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013.
Fəzlulla xan Dəbirəssəltənə
Fəzlulla xan Mirzə Ələsgər oğlu Dəbirəssəltənə (1844-1902) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Fəzlulla xan Mirzə Ələsgər oğlu 1844-cü ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini əmisi Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Fəzlulla xanı sarayına dəvət etmişdi. Rəisi-xəlvət vəzifəsində çalışmışdı. Müzəffərəddin şah taxta çıxdıqdan sonra Fəzlulla xanı Tehrana aparmış, vəziri-xəlvət vəzifəsinə təyin etmişdi. Ona Dəbirəssəltənə ləqəbini vermişdi. == Ailəsi == Mirzə Fəzlulla xanın Əbülfət xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Fəzlullah
Fəzlullah və ya Fəzəl Həyat (urdu ملا فضل اللہ1974 – 14 iyun 2018) — Təhrik-i Nəvaz-i Şəriət-i Məhəmməd-inin lideri,dini xadim. == Şəxsi həyatı == Fəzlullah, (əsl adı Fəzəl Həyat) 1974-cü ildə Pakistan, Hayber-Paxtunxvanın Suvat bölgəsindəki Yasəfzay tayfasından olan Babukarxel qəbiləsində, bir Puştun Biladar xanın ailəsində anadan olmuşdur. Təhrik-i-Nəfaz-i-Şəriət-i-Məhəmmədinin qurucusu Sufi Məhəmmədin qızı ilə evlənmişsi. Fəzullahın Sufi Məhəmməd Mədrəsədə tələbə olduğu üçün Sufi Muhammmadın qızını qaçırdığı barədə şayiələr var. ABŞ-da bir xəbər kanalı olan MSNBC, 2008-ci ilin yanvarında Fəzlullahın şəklini əldə etmişdi.
Fəzlullah Fəzlullah
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Fəzlullah Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Fəzlullah Rəşidəddin
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Fəzlullah ibn Ruzbehan Xunci
Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi. == Həyatı == Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir. == Əsərləri == Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb:Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir, və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir. == Mənbə == Б.А. Ахмедов. Государство кочевых узбеков.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Məhəmməd Hüseyn Fəzlullah
Məhəmməd Hüseyn Fəzlullah (16 noyabr 1935[…], Nəcəf – 4 iyul 2010[…], Beyrut) — alim. == Həyatı == Məhəmməd Hüseyn Fəzlullah 1935-ci ildə İraqın Nəcəf şəhərində anadan olmuşdur. Təxminən doqquz yaşında ikən elmlər hövzəsində təhsil almış, 16 yaşında ikən artıq hövzədən kənarda əlavə dərslərdə iştirak etmişdir. == Müəllimləri və təhsili == Məhəmməd Hüseyn Fəzlullah Nəcəfdəki Böyük Elmlər Hövzəsinin nəzdində böyüyüb boya-başa çatmışdır. Dini elmləri də erkən yaşlarından öyrənməyə başlamışdır. Doqquz yaşında ikən atasından dərs almışdır. 16 yaşında isə "xaric" dərslərdə iştirak edən Fəzlullah o dövrdə Hövzənin böyük alimlərindən şiə mütəfəkkirləri Seyyid Əbülqasim Xoyi, Seyyid Möhsin Həkim, Mahmud Şöhrəvərdi və Şeyx Hüseyn Hillidən dərs almış, Molla Sədra əl-Badkubinin xüsusi mühazirələrini dinləmişdir. Hüseyn Fəzlullah öz elmi səviyyəsi ilə parlayan tələbələrdən sayılırdı. Bu xüsusda qeyd edilir ki, Məhəmməd Baqir əs-Sədr Fəzlullahın bir araşdırmasına dair elmi hesabatları Fəzlullahın elmi səviyyəsi ilə tanış olmaq üçün əl-Xuiyə təqdim etmişdi. Bu da öz növbəsində, sonralar əl-Xuidə Fəzlullaha qarşı böyük inam yaratmışdı.
Qazi Fəzlullah bin Osman məscidi
Qazi Fəzlullah bin Osman məscidi və ya Çin məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır. == Tarixi == Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə Məsud Əli tərəfindən bərpa olunmuşdur.Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. == Memarlıq xüsusiyyətləri == Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir.
Şeyx Fəzlullah Nuri
Şeyx Fəzlullah Nuri (1841–1909) — İran məşrutə hərəkatının əleyhidarı. == Həyatı == Şeyx Fəzlullah Nuri, Molla Abbas Nuri Mazandarani oğlu 1841-ci ildə anadan olmuş, 1909-cu ildə öldürülmüşdür. Ruhaniyyət tarixinin azad ruhlu mücahid alimləri sırasında ön yerlərdən birini tutan Şeyx Fəzlullah Nuri İran Məşrutə inqilabının tənqidçilərindən olmuş, bu inqilabın Britaniyanın siyasətlərinə xidmət etdiyinə inanmışdır. Şeyx Məşrutənin rəhbərliyi tərəfindən edama məhkum olunmuş və dar ağacından asılmaqla şəhadətə çatmışdır. Şeyx Fəzlullah Nurinin Məşrutə tərəfdarı olan Seyid Məhəmməd Təbatəbai, Abdullah Bəhbəhani, Nəcəf alimləri Axund Xorasani və Abdullah Lahici ilə müxalifətinin əsas səbəbi Məşrutə qanunlarında İslamın əsas götürülməməsi olmuşdur. Digər İslam alimləri Məşrutəni şah istibdadından qurtulmaq üçün vasitə saydığı halda Şeyx, Britaniyanın dəstəklədiyi bir hərəkatın müsəlmanlara heç bir fayda verməyəcəyini bəyan etmişdir. Şeyx Fəzlullahın edam hökmünü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani vermişdir. Şeyx Tehranda Topxana meydanında edam olunmuş, Qumda dəfn edilmişdir. Edam kürsüsündə Şeyxin əmmaməsi çıxarılan zaman xalqa müraciətlə demişdir: "Bu gün şeyxin əmmaməsini çıxaranlar unutmayın ki, sabah sizin xanımlarınızın hicabını açacaq!". Şeyxin edam hökmü məşrutə zabiti erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirilmişdir == İstinadlar == == Mənbə == Seyid Əhməd Kəsrəvi, Tārikh-e Mashruteh-ye Iran (تاریخ مشروطهٔ ایران) (History of the Iranian Constitutional Revolution), in Persian, 951 p.
Şərəfəddin Fəzlullah Qəzvini
Şərəfəddin Fəzlullah Qəzvini (v. 1339) — fars dilində yazılmış və İranın qədim tarixini əhatə edən "Muacəm fi azər mülük əl-Əcəm" əsərinin müəllifi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013. ISBN 978-0815632894. JSTOR 10.3366/j.ctt1j1w04g.
Əbusəid Fəzlullah
Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. == Həyatı == 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi.