GÖBƏLƏK

is.
1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər.
– Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq.
[Sona:] Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik, bir göbələk tapmışıq… C.Cabbarlı.

2. Bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olan bitki mikroorqanizmləri. Göbələk xəstəlikləri.
◊ Göbələk kimi yerdən çıxmaq (göyərmək) – tez və bollu meydana gəlmək, törəmək.

Etimologiya

  • GÖBƏLƏK Mənbələrdə quzu göbəyi ifadəsi var və göbələk (qıcıtqan) mənasında işlədilib. Ehtimal etmək olar ki, elə göbək və göbələk qohumdur
GÖBƏKYAZAN
GÖBƏLƏKBAŞ

Digər lüğətlərdə