GÖDƏKCƏ


1. zərf Qısaca, uzun olmayan, müxtəsər. Gödəkcə danışmaq.
// Sif. mənasında. Gödəkcə ip.
2. is. Bədənə kip yapışan qısa isti üst geyimi. Pambıqlı gödəkcə. Meşin gödəkcə.
– …Gödəkcəsini çiyninə salmış Dadaş Lələşov … istehza ilə güldü. S.Rəhimov.
Xəlil əllərini ciblərindən çıxarıb gödəkcəsinin boynunu qaldırdı. İ.Məlikzadə.

Etimologiya

  • GÖDƏKCƏ Kurtka (короткий) sözü ilə qohumdur, onun tərcüməsi ilə bağlı əmələ gəlib (kalkadır). (Bəşir Əhmədov
GÖDƏKBOYUNLU
GÖDƏKCƏLİ

Digər lüğətlərdə