1. İri, böyük, nəhəng; gövdəsi çox inkişaf etmiş. Gövdəli palıd.
– Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı.
Böyük bir maraqla de baxmısanmı; Sığınıb gövdəli şax budaqlara.
2. məc. Kök, dolğun, yekə, iribədənli. Gövdəli kişi.
– Qaya kimi atın üzərinə tikilmiş gövdəli adam isə cilovu daha da bərk çəkir, daxmaya … baxdıqca baxırdı.