Mənim ağ göyərçinim
"Mənim ağ göyərçinim" — 19 yanvar 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa. 1990-cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş iki pərdəli məhəbbət dramıdır. Birinci pərdə 1 saat 5 dəqiqə, ikinci pərdə isə 50 dəqiqədir.
Tamaşa gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Bir-birini böyük məhəbbətlə sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər bir-birinə sadiq qalırlar. Aqil 20 yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.