f. 1. Qıcıqlanmaq, qaşınmaq.
Onun üzü-gözü qırışır və elə bil boğazı da göynəməyə başlayırdı. Ə.Əbülhəsən.
Əvvəla, kətmən dəyən yer bərk göynəyirdi.
İkincisi, qolları az qalırdı ki, qırıla. Ə.Vəliyev.
2. Ağrımaq, sızıldamaq, gizildəmək.
Şad idi, vücudim oynar idi; Can həsrət odunda göynər idi. Xətayi.
Zirzəmi yaman rütubətdir ha… Hələ heç bir saat da keçməyib, amma indidən qıçlarım göynəyir. M.Hüseyn.
Lakin deyin, söyləyin, hansı təbib bağlayar; Ruhun gözəgörünməz, göynəyən ( f.sif. ) yarasını? R.Rza.
3. məc. Yazıq-yazıq, yavaşdan ağlamaq, sızlamaq, inləmək. Uşaq göynəyirdi.
4. məc. Bir şeyin üstündə əsmək. [Əşrəf:] Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən, özünə isə bir balaca toxunanda göynəyirsən.
Bu insafdırmı? İ.Şıxlı.