GÖZAYDINLIĞI

is. Xoş bir xəbər və ya yaxşı bir iş münasibətilə birisini təbrik etmə; təbrik.
Hər bulaq başında bir söhbət olur; Gah gözaydınlığı, gah qeybət olur. S.Vurğun.
□ Gözaydınlığı vermək – “gözün aydın (olsun)” deyərək təbrik etmək.
[Vaqif] Qızxanımla [Mirzə Əliməmmədin] ailəsinə gözaydınlığı vermək üçün getdi. Çəmənzəminli.
Kərbəlayı Xəlilin arvadına bu xəbər çatan kimi, Xavərnisəyə gözaydınlığı vermək və kömək etmək üçün oraya getdi. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖZAYDINLIĞI gözaydınlığı bax təbrik 1
GÖZAYDINLAŞMAQ
GÖZBAĞLAYICI

Digər lüğətlərdə