Üçgül, beşgül kimi sözlər işlədirik, burada gül “bucaq”, “künc” anlamında işlədilir. Sözün əsli üçkünc, beşkünc olub, sonra təhrif nəticəsində gül şəklinə düşüb. Deməli, gül kəlməsi künc kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)