GENİŞLƏNDİRMƏK

f.
1. Genəltmək, eninə daha da böyütmək. Yolu genişləndirmək. Hüdudları genişləndirmək.
– Yazda güclü sel gəldiyindən çay daşmış, yatağını xeyli genişləndirmişdi. Ə.Vəliyev.

2. Sayca artırmaq, böyütmək, daha da artırmaq, inkişaf etdirmək. Ticarəti genişləndirmək. Tibb məntəqələri şəbəkəsini genişləndirmək.
3. məc. Gücləndirmək, artırmaq.
[Əhməd istəyirdi ki] …asan bir yol ilə öz mayasını böyüdüb alverini genişləndirsin və kasıblıqda çəkdiyi əziyyətdən xilas olsun. B.Talıblı.
[Alverçilər] başqa şəhərlərə, xüsusən Orta Asiyaya gedir, … alverlərini genişləndirirdilər. Ə.Əbülhəsən.

4. məc. Daha da kütləvi etmək, geniş kütləni əhatə etmək. Hərəkatı genişləndirmək.
5. məc. Artırmaq, dərinləşdirmək, daha geniş etmək. Nüfuz dairəsini genişləndirmək. Biliyini genişləndirmək. Təcrübəni genişləndirmək.
GENİŞLƏNDİRMƏ
GENİŞLƏNMƏ

Digər lüğətlərdə

восполне́ние неизвиня́емый про́писи ска́тный у́зничий фигурацио́нный я́стребом вы́глядеть деревяни́стость диагра́ммный стакну́ться трипле́т зекрый batells coppersmith faerie greatly hyperhit phot- sealer tickling tragicomedian tree planting unicellate wateriness