GİRİŞMƏK

f.
1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. İşə girişmək. Yarışa girişmək.
[Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Məclis sakit idi, hamı yeməyə girişmişdi, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Çəmənzəminli.

2. Cürət etmək, cəsarət göstərmək.
Başqa adam belə işə çətin girişərdi. Qantəmir.

3. Üstünə hücum etmək, cummaq.
İkisi də qızmış nər kimi bir-birinə girişdilər. Koroğlu”.
Rüstəm kişi pencəyini çıxarıb kənara atdı, Lal Hüseynə girişdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRİŞMƏK başlamaq — yapışmaq — tutmaq
  • GİRİŞMƏK girişmək bax başlamaq
GİRİŞMƏ
GİRİZ

Digər lüğətlərdə