1. Çəkisi girvənkə ağırlığında olan.
[Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi.
2. Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə bərabər olduğunu bildirir.
– …Xudayar bəy üz qoydu bazara, yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına.
[Hacı Sultanın] iki girvənkəlik bürünc bir daşı vardı.
3. is. Girvənkə ağırlığında daş. Girvənkəliyi tərəziyə qoymaq.