GİRVƏNKƏLİK

sif. köhn.
1. Çəkisi girvənkə ağırlığında olan.
[Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Vəliyev.

2. Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə bərabər olduğunu bildirir.
– …Xudayar bəy üz qoydu bazara, yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına. C.Məmmədquluzadə.
[Hacı Sultanın] iki girvənkəlik bürünc bir daşı vardı. S.Hüseyn.

3. is. Girvənkə ağırlığında daş. Girvənkəliyi tərəziyə qoymaq.
GİRVƏNKƏ-TƏRƏZİ
GİRYAN

Digər lüğətlərdə