1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal.
O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı.
□ Güman var ki, güman ki – ola bilər, mümkündür, ehtimal ki.
Güman var ki, onun biri xəyaldır; Göydən gələn lənətdən bir timsaldır.
Güman etmək (eləmək) – fikirdə olmaq, ehtimal etmək, zənn etmək.
Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar Quran oxumağa.
Nəriman bunun keşikçi olduğunu güman etdi.
2. Şübhə, şəkk. Zərrə qədər iman; Dünya qədər güman. ( Ata. sözü ).
Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! “ ”.
□ Gümana düşmək – şübhəyə düşmək, şəklənmək, şübhə etmək.
Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər, müşavirədə olanlar bir-birindən gümana düşərdilər.
Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar cürbəcür gümana düşürdülər.
Gümanı getmək – şübhələnmək (birindən).
Hacı Kamyab … o gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi.
3. Ümid, istək, arzu.
Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında.
Hamınız dərdi-dilinizi ərz edəsiniz və, inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.
□ Gümanı gəlmək – inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq.
[Heydər bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam.
[Reyhan:] Amma çarəm yoxdur, gümanım sənə gəlir…