HÖ:R

(Qarakilsə)
buğaya gəlmə
◊ Hör almax’ (Şəki). Hö:rə gəlməx’ (Cəbrayıl, Culfa, Mingəçevir, Şəki) – buğaya gəlmək. – Həsən kişi, inək hö:rə gəlir (Cəbrayıl); – İnex’ hö:rə gəlifdimi? Hö:rə salmax (Qarakilsə) – buğaya gətirmək
HÖÖC
HÖ:R ELEMEG
OBASTAN VİKİ
Alp hörücüsü
Alp qarsərçəsi və ya Alp vüroku (Montifringilla nivalis) Sərçəkimilər dəstəsindən olan bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubundakı yüksək dağlıq (1900-3000 m) ərazilərdir. Qışda daha alçaq ərazilərə enirlər. Ortalama uzunluğu 16.5-19 sm-dir. Qidasını əsasən toxumlar, bəzən də müxtəlif həşəratlar təşkil edir.
Amber Hörd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Araneomorf hörümçəklər
Araneomorf hörümçəklər (lat. Araneomorphae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin hörümçəklər dəstəsinə aid heyvan infradəstəsi. Bu yarımdəstənin nümayəndələri çox iri zəhər vəzilərinə malikdirlər. == Ümumi xarakteristika == Araneomorf hörümçəklərin xeliserləri aşağıya doğru əyilmişdir. Hypochilidae fəsiləsi müstəsna olmaqla, araneomorf hörümçəklər bir cüt ağciyərə malikdir. == Təsnifat == Bu yarımdəstəyə dünya faunasında yayılan 53 fəsiləyə mənsub hörümçək növü daxildir.
Bağ hörümçək gənəciyi
Bağ hörümçək gənəciyi - (lat. Schizotetranychus pruni) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin tor gənəcikləri fəsiləsinə aid olan növ == Xarici quruluşu == İmaqo mərhələsində gənəcik 0,3–0,6 mm ölçüdə olub, yaşılımtıl rəngdədir. Dişi fərdin uzunluğu 0,35–0,44 mm-dir, erkək fərdin uzunluğu isə 0,29 mm-dən çox olmur. Yumurta diametri 0,11 mm. Hamar, sferikdir. Nimfanın uzunluğu 0,23–0,31 mm olub sarımtıl-yaşıldır. == Həyat tərzi == Gənəciklər yarpağın alt tərəfində hörümçək toru quraraq, orada yaşayır və inkişaf edir. Gənəciklər yoluxmuş yarpaqlarda sarı, qırmızı üzüm sortlarında isə çirkli qırmızı ləkələr əmələ gətirir. Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yumurta qoyur. Yumurtalardan 10-15 gün sonra sürfələr çıxır.
Devid Hörli
Devid Con Hörli (ing. David John Hurley; 26 avqust 1953, Vullonqonq[d], Yeni Cənubi Uels) — Avstraliyanın general-qubernatoru. 42 illik hərbi fəaliyyəti ərzində Hörli 1993-cü ildə Somalidə anti-terror Əməliyyatında iştirak etmiş, 1-ci briqadaya komandanlıq etmiş, potensial inkişaf qrupunun ilk rəhbəri və kombinə əməliyyatların rəisi, eyni zamanda müdafiə qüvvələri rəisinin müavini olmuşdur. Hərbi karyerası 4 iyul 2011-ci il tarixində hərbi fəaliyyətini sonlandırması ilə yekunlaşmışdır. Hörli 2 oktyabr 2014-cü il tarixində Meri Başirdən Yeni Cənubi Uelsin qubernatorluğu səlahiyyətlərini almışdır. == Həyatı == Devid Con Hörli 26 avqust 1953-cü ildə Yeni Cənubi Uelsin Vollunqonq şəhərində, Norma və Ceyms Hörlinin ailəsində anadan olub. Atası İllavarra poladəritmə zavodunda işçi, anası isə baqqal mağazasında işləyirdi. Hörli Port Kemblada böyüyüb və 1971-ci ildə orta məktəb diplomunu aldığı Port Kembla Liseyindən məzun olub. Daha sonra Dantrun Kral Hərbi Kollecini bitirib. Hörli Linda ilə ailə həyatı qurmuşdur və üç övladı var.
Dəniz hörümçəkləri
Dəniz hörümçəkləri (lat. Pycnogonida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Hazırda 1000-dən çox müasir növü məlumdur.
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Hacıabad (Hörmüzgan)
Hacıabad — İranın Hörmüzgan ostanının şəhərlərindən və Hacıabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,264 nəfər və 4,719 ailədən ibarət idi.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Heyrətamiz Hörümçək-adam (dəqiqləşdirmə)
Heyrətamiz Hörümçək-adam (ing. The Amazing Spider-Man) — Marvel Comics tərəfindən istehsal olunan, Hörümçək-adam haqqında Amerikan komik kitab seriyası.
Heyrətamiz Hörümçək-adam (teleserial, 1977)
Heyrətamiz Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına həsr olunmuş qısa müddətli ABŞ teleserialı. Hörümçək-adam ilə əlaqəli ilk canlı-ekşn janrında olan teleserialdır və 14 sentyabr 1977-ci ildən 6 iyul 1979-cu ilə qədər yayımlanmışdır. Serialın yüksək reytinqinə baxmayaraq, daha sonra CBS serialın süjetinə daxil olan 13 seriyanı silmişdir. Serialın ssenarisinin Nyu-Yorkda yazılmasına baxmayaraq, Los-Ancelesdə lentə alınmışdır. == Kastinq və personajlar == Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt (pilot) və Robert F. Simon (2-ci seriyadan) – Cey Cona Ceymson Çip Filds – Rita Konuey Maykl Petekay – Kapitan Barbera (mövsüm 1) İllen Bray – Culiya Mestrs (mövsüm 2) Həm teleserial, həm də komikslərdə görünən personajlar Piter Parker/Hörümçək-adam, Cey Cona Ceymson və Mey xaladır. Coy "Robbi" Robertson da (Hilli Hiks) çox görünən personajdır, ancaq o pilot seriyalardakı çıxışları ilə məşhurdur. Ferli Stilluell, Marvel kainatından olan bir alimdir və ən çox Qurd adam görünüşündədir. Mey xalanın hər bir seriyadakı çıxışı müxtəlif aktrisalar tərəfindən canlandırılıb. Hər təcəssümdə, Cey Cona Ceymson abraziv, hirsli bir şəxsiyyət kimi görünür və daha çox evunkulyar tərzdə təsvir olunur.
Heyrətamiz Hörümçək adam (film)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Heyrətamiz Hörümçək adam (film, 2012)

Hörümçək-adam (teleserial, 1978)
Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman, həmçinin Yapon Hörümçək-adam kimi də tanınır) — Toei Company tərəfindən istehsal olunmuş canlı-ekşn janrında olan yapon tokusatsu teleserialı. Prodüser Cini Pal tərəfindən danışıqlar aparılmış və serial müqavilə yolu Marvel Comics-in Hörümçək-adam personajına əsaslanmışdır. Serial 17 may 1978-ci il tarixindən Tokyo Channel 12 (TV Tokyo) kanalının JTS blokunda yayıma başlamış və hər həftənin çərşənbə günü 19:30-da yayımlanmışdır. 14 mart 1979-cu ildə isə yayımını başa çatdırmışdır. Serialın teatr tərzli seriyası 22 iyul 1978-ci ildə "Toei Manga Matsuri" film festivalında göstərilmişdir. Marvel öz vebsaytında 5 martdan 24 dekabr 2009-cu ilə qədər serialın bütün seriyalarının ingiliscə subtitrli versiyalarını yenidən yükləmişdir. == Məzmun == Gənc motosiklet yarısçısı Takuya Yamaşiro yerə düşən bir NUO görür (bu obyektin adı "Marveller"-dir). Takuyanın atası Doktor Hiroşi Yamaşiro kosmos arxeoloqudur. O bu işi araşdırır, lakin kosmik gəmini taparkən həlak olur. Bu hadisə Bədheybət professor və Dəmir Xaç ordusunun (鉄十字団, Tetsu Jūji Dan) diqqətini cəlb edir.
Hörümçək-adam (video oyun, 2018)
Hörümçək-adam 2 (film, 2004)
Hörümçək adam 2 (ing. Spider-Man 2) — 2004-cü ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş və Elvin Sarcent tərəfindən Alfred Qof, Maylz Millar və Maykl Şeybonun ssenari müəllifləri olduğu ABŞ superqəhrəman filmi. Eyni adlı uydurma Marvel Comiks personajına əsaslanan bu film, Reyminin Hörümçək-adam trilogiyasının ikinci hissəsidir və Tobi Maquayr ilə birlikdə Kirsten Danst, Ceyms Franko, Alfred Molina, Rozmari Harrisin baş rollarda oynadığı Hörümçək-adam (2002) filminin davamıdır. Əsas çəkilişlər 2003-cü ilin aprelində Nyu-Yorkda başladı və Los-Ancelesdə də aparıldı. Yenidən çəkilişlər həmin ilin sonunda baş tutdu və dekabrda başa çatdı. Hörümçək adam-2 30 iyun 2004-cü ildə həm ənənəvi, həm də IMAX kinoteatrlarında nümayiş olundu. O, emosional çəkisini və vizual effektlərini, həmçinin Maquayr və Molinanın çıxışlarını və Reyminin rejissorluğunu yüksək qiymətləndirən tənqidçilər tərəfindən geniş rəğbət qazandı və dünya üzrə 789 milyon dollar gəlir əldə etdi ki, bu da onu ilin üçüncü ən çox gəlir gətirən filmi etdi. Film 77-ci Akademiya Mükafatlarında Ən Yaxşı Vizual Effektlər üzrə mükafat, həmçinin Ən Yaxşı Səs Miksiyası və Ən Yaxşı Səs Montajı nominasiyalarına namizəd oldu; Bundan əlavə, film Saturn mükafatına layiq görüldü. Film indiyə qədər çəkilmiş ən böyük superqəhrəman filmlərindən biri və bu janrda gələcək filmlər üçün nümunə kimi qəbul edilir. Onun müvəffəqiyyəti Hörümçək adam 3 (2007) filminin çəkilməsinə gətirib çıxardı.
Hörümçək-adam 3 (film, 2007)
Hörümçək-adam 3 (ing. Spider-Man 3) — 2007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır. Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur. Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. Herri Ozborn isə supercinayətkar olaraq atasının qatilindən qisas almaq istəyir. Trilogiyanın üçüncü filmində Hörümçək-adam polislərdən qaçarkən təhlükəli ərazidə Qum-adama çevrilmiş, Piterin əmisi Ben Parkeri qətlə yetirən Flint Marko ilə də mübarizə aparır. “Hörümçək adam 3” filminin çəkilişləri “Hörümçək adam 2” filminin nümayiş edilməsindən dərhal sonra başladılmışdır.
Hörümçək-qadın (Qven Steysi)
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Hörümçək (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Hörümçək Adam: Yüksək Gərginlik
Yeni Hörümçək-adam: Yüksək gərginlik – 2014-cü ildə istehsal olunmuş "Hörümçək-adam" filmi. == Məzmun == Piter Parker yenə də şəhəri pis adamlardan qorumağa davam edir. Məktəb illəri artıq geridədir və böyüməyin vaxtı gəlib çatıb. Bunu Piter və sevgilisi Qven də gözəl bilir. Bu səbəbdən də Piter Qveni təhlükəyə atmamaq üçün onun həyatından çıxmalıdır. Bu son deyil. Piter başa düşür ki, bir gün ondan daha güclüsü qarşısına çıxa bilər. Qəhrəman olmaq — həyatını risqə atmaq deməkdir… Həyatının qaranlıq məqamları barədə öyrənmək üçün o, köhnə tanışı Harri Osbornun yanına gedəcək. Əslində Piter Parker kimdir? O keçmişi barədə nələri bilmir?
Hörümçək adam (film, 2002)
Hörümçək-adam (ing. Spider-Man) — 2002-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, Marvel Comicsin eyniadlı personajının mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmidir. Nyu-Yorkda yaşayan filmin qəhrəmanı Piter Parker (Tobi Maquayr), ali məktəb tələbəsidir və o, Hörümçək-adamın super güclərini əldə etdikdən sonra cinayətkarlığa qarşı mübarizəyə başlayır. Filmdə, Kirsten Danst Piterin romantik münasibətdə olduğu Meri Ceyn Uotsonu, Uillem Dafoe Piterin düşməni olan Norman Osborn və ya gizli adı ilə Yaşıl qoblini, Rozmari Harris və Kliff Robertson Mey xala ilə Ben əmini, Ceyms Franko Piterin ən yaxın dostu Harri Osbornu, Conatan Simmons "Daily Bugle" qəzetinin baş redaktoru və nəşriyyatçısı Cey Cona Ceymsonu canlandırıb. == Məzmun == Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir.
Hörümçək adam 2 (film, 2004)
Hörümçək adam 2 (ing. Spider-Man 2) — 2004-cü ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş və Elvin Sarcent tərəfindən Alfred Qof, Maylz Millar və Maykl Şeybonun ssenari müəllifləri olduğu ABŞ superqəhrəman filmi. Eyni adlı uydurma Marvel Comiks personajına əsaslanan bu film, Reyminin Hörümçək-adam trilogiyasının ikinci hissəsidir və Tobi Maquayr ilə birlikdə Kirsten Danst, Ceyms Franko, Alfred Molina, Rozmari Harrisin baş rollarda oynadığı Hörümçək-adam (2002) filminin davamıdır. Əsas çəkilişlər 2003-cü ilin aprelində Nyu-Yorkda başladı və Los-Ancelesdə də aparıldı. Yenidən çəkilişlər həmin ilin sonunda baş tutdu və dekabrda başa çatdı. Hörümçək adam-2 30 iyun 2004-cü ildə həm ənənəvi, həm də IMAX kinoteatrlarında nümayiş olundu. O, emosional çəkisini və vizual effektlərini, həmçinin Maquayr və Molinanın çıxışlarını və Reyminin rejissorluğunu yüksək qiymətləndirən tənqidçilər tərəfindən geniş rəğbət qazandı və dünya üzrə 789 milyon dollar gəlir əldə etdi ki, bu da onu ilin üçüncü ən çox gəlir gətirən filmi etdi. Film 77-ci Akademiya Mükafatlarında Ən Yaxşı Vizual Effektlər üzrə mükafat, həmçinin Ən Yaxşı Səs Miksiyası və Ən Yaxşı Səs Montajı nominasiyalarına namizəd oldu; Bundan əlavə, film Saturn mükafatına layiq görüldü. Film indiyə qədər çəkilmiş ən böyük superqəhrəman filmlərindən biri və bu janrda gələcək filmlər üçün nümunə kimi qəbul edilir. Onun müvəffəqiyyəti Hörümçək adam 3 (2007) filminin çəkilməsinə gətirib çıxardı.
Hörümçək adam 3
Hörümçək-adam 3 (ing. Spider-Man 3) — 2007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır. Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur. Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. Herri Ozborn isə supercinayətkar olaraq atasının qatilindən qisas almaq istəyir. Trilogiyanın üçüncü filmində Hörümçək-adam polislərdən qaçarkən təhlükəli ərazidə Qum-adama çevrilmiş, Piterin əmisi Ben Parkeri qətlə yetirən Flint Marko ilə də mübarizə aparır. “Hörümçək adam 3” filminin çəkilişləri “Hörümçək adam 2” filminin nümayiş edilməsindən dərhal sonra başladılmışdır.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Hörümçək quyruqlu gürzə
Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güclü zəhəri şikarı saniyələr ərzində öldürür. İlanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər. İlanın quyruğunun uzunluğu 55 mm, bədən ölçüsü isə təxminən 531 mm-dir.