HÖYÜŞ

sif. Bir qədər yaş, nəm, nəm çəkmiş, nəmli. Höyüş taxıl.
– İnsanlar bezikib cana dayandı! Qurunun oduna höyüş ( is. ) də yandı. S.Vurğun.
Qızışıb höyüş otlar; Alışır çubuq kimi. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖYÜŞ höyüş bax nəm
  • HÖYÜŞ nəm — sulu

Etimologiya

  • HÖYÜŞ Hetlərin dilində “yağış” deməkdir. Bizə fars dilindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HÖVZƏ₂
HÖYÜŞLƏNMƏ

Digər lüğətlərdə