HƏMZƏLİ

Həmzə Əli və ya Alı.
HƏMZƏXAN
HƏMZƏT
OBASTAN VİKİ
Həmzəli
Həmzəli (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Həmzəli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Həmzəli (Şərur)
Həmzəli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Yaşlıların dediklərinə görə bu kənddə yaşayış yaxın vaxtlardan, yəni 200–250 il bundan əvvəl başlanmış, kənd salınmışdır. Həmzəli kəndini yuxarı Yayçı kəndinin adamları salmışlar. Həmzəli ilə Yuxarı Yaycı kəndi arasında məsafə çox olduğundan adamlar burada məskən salıb yaşamağa qərar versələr də, Yuxarı Yayçının bəyləri bunu qəbul etməmiş, dəfələrlə onları zorla geri, kəndə, yəni Yuxarı Yayçıya dönməyə məcbur etmişdilər. Axırda adamların ötkəmliyi qarşısında bəylər güzəştə getməyə məcbur olmuşdular. Adamların burada kənd salması da təsadüfi olmamışdır. Çünki burada geniş örüşlər, biзənəklər, əkin yerləri vardı. Əlbəttə, bu qeyd edilənlər olsa-olsa Həmzəli kəndinin yaxın tarixini özündə əks etdirir. Kəndin tarixini müəyyən etmək üçün ətrafındakı Albantəpəyə, qəbiristanlıqlara diqqət yetirmək lazımdır. Onu da xatırlatmaq lazımdır ki, hələ 60-cı illərdə təzə məhəllədə evlər tikiləndə, eləcə də 80-ci illərdə əkin yerləri genişləndiriləndə çoxsaylı küp qəbirlər aşkar olmuşdur.
Həmzəli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həmzəli nekropolu
Həmzəli nеkrоpоlu — Həmzəli kəndinin şimаl-şərqində yеrləşir. == Haqqında == Tədqiqatlar zamanı təpənin ətəyində kаnаl qаzılаrkən bir nеçə küp qəbir dаğıdılmışdır. Dаğıdılmış küplərin qаlıqlаrı təpənin ətəyinə səpələnmişdir. Küp qəbirlərin yеrləşdiyi təpə nаlşəkilli fоrmаdа оlub şimаlа dоğru еnsizləşir. Tədqiqаt zаmаnı iri küp pаrçаlаrı ilə bərаbər qəbir аvаdаnlığınа аid bir nеçə gil qаbın pаrçаsı dа əldə еdilmişdir. Kеrаmikа məmulаtınа əsаsən nеkrоpоlu I-III əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada I-III ərslərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Həmzəli (Qəbələ)
Həmzəli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Həmzəli kəndi çox qədim tarixə malikdir. Kəndin Həmzəli adlandırılması haqqında müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə qədim Albaniya dövründə Həmzə adlı bir qoşun başçısının öz əlli nəfərlik qoşunu ilə Qul çayı kənarında məskunlaş və Kəndin adı Həmzə və əlli sözləri birləşdirilərək yaradılmış və illər ərzində Həmzəli kimi formalaşmışdır. Başqa bir rəvayətə görə kəndin tarixi daha qədimə gedir. Həmzə və Əli adlı iki qardaş Böyük qafqaz dağlarının ətəyində çoxlu sayda çayları, səfalı bulaqları, gözəl təbiəti və havası olan bu yerdə özlərinə yaşamaq üçün məskən salır. Kəndin adı isə bu iki qardaşın adları birləşdirilərək Həmzəli adlandırılır. Kəndin ən qədim evləri məhz Qul çayı ətrafında olmuş daha sonra kənd əhalisi artıqca kənd böyüməyə başlamış daha böyük ərazini əhatə etmişdir. == Coğrafi məlumat == Həmzəli haqqında mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Müxtəlif kəndlərdən gələn ailələr burada məskunlaşıblar.
Şeyx Həmzəli (Poldəşt)
Şeyx Həmzəli (fars. شيخ حمزه لو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.

Digər lüğətlərdə