HAQLAMAQ

f. Yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq, başının üstünü almaq.
Bazarçaydan gələn dəstə banditləri haqlamışdı. Ə.Vəliyev.
Elə bu anda ağacdan bir başqasının da atılıb qaçmaq istədiyini və “Qoçağ”ın onu haqladığını gördüm. M.Rzaquluzadə.

// məc. Çatmaq, yetmək, yetişmək.
[Məmmədbağır] evlənərkən yaşı qırxı haqlamışdı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAQLAMAQ haqlamaq bax çatmaq I 1
  • HAQLAMAQ çatmaq — yetişmək — yaxalamaq
  • HAQLAMAQ yaxalamaq — tutmaq
  • HAQLAMAQ təsdiqləmək — möhürləmək
HAQLAMA
HAQLAŞMA

Digər lüğətlərdə