HARAYLAMAQ

f.
1. Qışqıraraq çağırmaq, səsləyib çağırmaq.
Ana vətən harayladı; Dar günündə övladını. N.Rəfibəyli.

2. məc. Hava ilə oxumaq.
Bir az keçmədi ki, Cümşüd bəy damağını sazlayıb çıxdı dama, başladı haraylamağa. E.Sultanov.
Xanəndə qavalı üzünə tutub, “əziziyəm” deyə harayladı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HARAYLAMAQ haraylamaq bax çağırmaq 1
  • HARAYLAMAQ səsləmək — haylamaq — çağırmaq — qışqırmaq — bağırmaq
HARAYLAMA
HARAYLAŞMA

Digər lüğətlərdə