1. İntibah dövrünün, insan şəxsiyyətinin azad inkişafı, feodalizm və katolisizm zəncirindən azad olması prinsipini elan etmiş mütərəqqi hərəkatı.
2. İnsan ləyaqətinə hörmət; insanpərvərlik, insansevərlik.
Humanizm idealları vətəndaşı da, sənətkarı da həyata və həqiqətə tərəf çəkir.
Udur xırda balıqları qoca timsah … Göz yaşları axır, axır. Deyir: – Sülhü qoruyuram bu sularda; Quyruğuna humanizm nişanını özü taxır, qoca timsah.