HÖKUMƏ

“Həkimə” “müdrik” adının təhrif edilmiş variantı; hökm, əmr edən.
HÖKMİYYƏ
HÖKÜMƏ
OBASTAN VİKİ
Hökumə Billuri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Hökumə Qurbanova
Hökümə Abbasəli qızı Qurbanova (29 may (11 iyun) 1913, Bakı – 2 noyabr 1988, Bakı) — görkəmli Azərbaycan kino və teatr aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965). Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. == Həyatı == Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). == Həyatı == Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur. Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir.
Dünya hökuməti
Dünya hökuməti— bütün dünya üçün səlahiyyət tətbiq edən yeganə dövlət olmaqla bir qlobal bir hökumət də daxil olmaqla bütün bəşəriyyət üçün ortaq siyasi bir anlayışdır. Belə bir hökumət ya zorakı və məcburi dünya hökmranlığı, ya da dinc və könüllü transmilli birlik yolu ilə mövcud ola bilər. Dünyada icra, qanunverici, məhkəmə, hərbi və ya qlobal bir yurisdiksiyaya malik bir konstitusiya olmamışdır. Birləşmiş Millətlər Təşkilatı tez-tez məsləhətçi vəzifələri ilə məhdudlaşır və onlara səlahiyyət vermək əvəzinə mövcud milli hökumətlər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyır. == Mənbə == Ankerl, Guy. Global communication without universal civilization. INU societal research. 2000. ISBN 2-88155-004-5.
E-hökumət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
Elektron Hökumətin İnkişafı Mərkəzi
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi. == Fəaliyyət istiqamətləri == Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. == Layihələr == === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.
Elektron hökumət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
Elektron hökumət (Azərbaycan)
"E-hökumət" layihəsi — "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003–2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. == Layihənin məqsədi == Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi == Layihənin həyata keçirilməsinin əsas istiqamətləri == E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması == E-hökumət infrastrukturunun əsas komponentləri == Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu E-hökumət portalı E-hökumət şlüzü İnformasiya resursları və sistemlərinin dövlət reyestri E-imza üzrə milli infrastruktur E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır) E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/intro/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir. Portalın funksiyaları: 1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması. 2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.
Elektron hökumət portalı

Elektron hökumət portalı (Azərbaycan)

Elçibəy hökuməti
II Azərbaycan Hökuməti — 1992–1993-cü illərdə mövcud olmuş, Əbülfəz Elçibəy tərəfindən qurulan hökumət. == Haqqında == Azərbaycan Xalq Cəbhəsi seçkilər təyin edir Azərbaycan prezident seçkilərində Əbülfəz Elçibəy 60,4% -lə prezident seçilir. Hökumət onun tərəfindən qurulur. 1993-cü ildə isə Əbülfəz Elçibəyin Gəncə qiyamından sonra Kələkiyə getməsiylə hakimiyyətin sonu gəlir.
Gürcüstan hökuməti
Gürcüstan Hökuməti (gürc. საქართველოს მთავრობა) Gürcüstanda ölkənin daxili və xarici siyasətini həyata keçirən ali icraedici hakimiyyət orqanıdır. Orqan Gürcüstan parlamentindən asılı hökumətin başçısı – baş nazir və nazirlərdən ibarətdir. Hökumətin mövcud səlahiyyətləri və vəzifələri 2017 və 2018-ci illərdə qəbul edilmiş Gürcüstan Konstitusiyasına düzəlişlərlə tənzimlənir. 14 may 1991-ci ildən 9 noyabr 1996-cı ilə qədər Gürcüstanın icra hakimiyyəti Gürcüstan Respublikasının Nazirlər Kabineti (საქართველოს რესპუბლიკის მინისტრთა კაბინეტი) adlandırıldı. İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hazırkı hökumət 22 fevral 2021-ci ildən vəzifədədir. == Konstitusiya çərçivəsi == === Tərkibi === Gürcüstan hökuməti baş nazir və nazirlərdən ibarətdir. Baş nazir hökumətin başçısıdır. Nazirliklərə cavabdeh olan və dövlət idarəçiliyinin konkret sektorunu idarə edən nazirlərə əlavə olaraq, hökumətin xüsusi əhəmiyyət kəsb edən tapşırıqlarına nəzarət etmək üçün hökumətə bir və ya bir neçə Dövlət Naziri də təqdim edilə bilər. Hökumət üzvünün siyasi partiyadan başqa hər hansı digər vəzifə tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya elmi və pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı digər fəaliyyətə görə haqq alması konstitusiyaya görə qadağandır.
Hökumət
Hökumət, həmçinin Nazirlər Kabineti və ya Nazirlər Şurası — dövlət idarə etməsinə rəhbərliyi həyata keçirən ali kollegial icra hakimiyyəti orqanı. == Hökumətin strukturu == Hökumət hökumət üzvlərindən — nazirlərdən və dövlət komitəsi sədrlərindən ibarət olub dövlət başçısı (kral, prezident) və ya baş nazir (hökumət sədri, kansler, nazirlər kabineti və ya şurası sədri) tərəfindən rəhbərlik edilir. Federativ dövlətlərdə və daxilində muxtar ərazi qurumu olan dövlətlərdə əlahiddə ərazi qurumlarının da muxtar hökuməti olur. Koalisiyalı hökumət — koalisiya qurmuş parlament partiyalarının koalisiya müqaviləsi əsasında fəaliyyət göstərir. == Hökumətin səlahiyyətləri == Hökumətin əsas vəzifəsi — dövlətin ali qanunverici orqanı (parlament)qəbul edilmiş qanunlarını həyata keçirilməsidir. Bu məqsədlə hökumət və nazirliklər qərarlar hazırlayıb qəbul edirlər. Həmçinin bəzi ölkələrdə hökumət qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edə bilərlər. Hökumətin əsas vəzifələrindən biri də vətandaşların hüquqlarının və içtimai asayişi qorunmasıdır. == Hökumətin formalaşması prinsipləri == Hökumətin formalaşması prinsipləri müxtəlif ölkələrdə müxtəlifdir. Parlament üsul-idarəli ölkələrdə hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır.
Hökumət Evi
Hökumət Evi — Bakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, Azərbaycan SSR-in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. == Tarixi == Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu. Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər.
II Xoyski hökuməti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. == Zəmin == Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi. İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
II Yusifbəyli hökuməti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. == Zəmin == 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. == Tərkibi == 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. == Fəaliyyəti == Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
II İlham Əliyev hökuməti
VI Azərbaycan hökuməti — 2008-ci il oktyabrın 15-də Azərbaycanda baş tutan prezident seçkilərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçkilərində növbəti dəfə qalib gələn İlham Əliyevin 24 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və oktyabrın 31-də imzalanan Sərəncamla yeni Nazirlər Kabineti formalaşdı.
IV İlham Əliyev hökuməti
Azərbaycanın VIII Nazirlər Kabineti — 2018-ci il aprelin 11-də Azərbaycanda baş tutan növbədənkənar prezident seçkilərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçkilərində dördüncü dəfə qalib gələn İlham Əliyevin 18 aprel 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və aprelin 21-də və 23-də imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı. Aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev, Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq üçün Azərbaycan Milli Məclisinə müraciət etdi. Həmin gün müraciətə baxıldı və səsvermə yolu ilə Novruz Məmmədovun Azərbaycan Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verildi. İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsinə təyin edildi.
I Azərbaycan hökuməti
Azərbaycanın I Nazirlər Kabineti — 1991-ci il mayın 22-də və 23-də formalaşan müstəqil Azərbaycan tarixinin birinci Nazirlər Kabineti. Nazirlər Kabineti 16 nazirdən və 9 Dövlət Komitə sədrindən idi. Nazirlər Kabinetinin sədri Həsən Həsənov idi. Hökumət Ayaz Mütəllibov tərəfindən qurulmuşdu.
I Xoyski hökuməti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. == Zəmin == Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". == Tərkibi == Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
I Yusifbəyli hökuməti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918 – 5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun — Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması. 1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər.
Komitet 300: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Kürdüstan Milli Hökuməti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Kürdüstan Regional Hökuməti
Kürdüstan Regional Hökuməti (KRH; kürd. حکوومەتی هەرێمی کوردستان, Hikûmeti Herêmî Kürdistan; ərəb. حكومة اقليم كردستان‎) — İraq Kürdüstanının rəsmi idarəetmə orqanı. Ərbil, Dəhuk və Süleymaniyyə mühafəzələrini idarə edir. Nazirlər Kabineti çoxluq partiyası və ya İraq Kürdüstanının Baş naziri tərəfindən seçilən siyahı ilə seçilir. Prezidentin elektoratı bilavasitə regionun sakinləridir, Nazirlər Kabinetinin sədri və icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabinetində təhvil verən dövlət başçısıdır. Ənənəvi olaraq, baş nazir qanunverici hakimiyyətə rəhbərlik edir, lakin icraedici hakimiyyətə nəzarəti prezidentlə bölüşür. İraq Kürdüstanı Prezidenti həm də Peşmərgə silahlı qüvvələrinin ali komandanıdır.