HÜNƏRLİ

sif.is.
1. Bacarıqlı, məharətli, qabiliyyətli, qeyrətli, əlindən iş gələn. Hünərsiz özgəyə güvənər, hünərli özünə. ( Ata. sözü ).
2. Qoçaq, igid, cəsur, cürətli.
Gündüzlər hünərli görünən qazaq; Qaranlıq düşəndə olur yapalaq. H.K.Sanılı.
Bayındır xan misilsiz bir bayram şənliyi qurmuş, sağındasolunda … hünərli ərlər durmuşdular. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÜNƏRLİ HÜNƏRLİ Mikayılla İsmayıl kimin hünərli olmasını böyük qardaşlarına göstərmək üçün bəhsə girmişdilər (H
  • HÜNƏRLİ qoçaq — cürətli — cəsur — ürəkli — ciyərli
  • HÜNƏRLİ bacarıqlı — məharətli — qabiliyyətli — əlli-ayaqlı — mahir

Antonimlər (əks mənalı sözlər)

  • HÜNƏRLİ HÜNƏRLİ – QORXAQ Qara köpək çox heybətli və hünərli bir it idi (S.S.Axundov); Dedim görüm, qorxaq uşaq deyilsən ki
HÜNƏRLƏNMƏK
HÜNƏRMƏND
OBASTAN VİKİ
Hünərli
Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Hünərli (film, 2014)
Hünərli (Rom: Heropanti) — Sabbir Xanın rejissorluğu və Sajid Nadiadvalanın prodüserliyi ilə 2014-cü ildə hind dilində çəkilmiş romantik döyüş filmidir. Filmdə Tiger Şroff və Kriti Sanon Hind filmlərindəki debütlərində Prakash Raj ilə birlikdə ikinci planda rol alırlar. Bu filmin teluqu dilindəki remeyki olan Parugu, 23 may 2014-cü ildə buraxılmışdır. Heropanti 2 adlı davam filmi isə 2022-ci ildə buraxılmışdır.
Hünərli 2 (film, 2022)
Hünərli 2 (Rom: Heropanti 2) 2022-ci ildə Əhməd Xanın rejissoru olduğu, Rajat Arora tərəfindən süjet xətti yazılmış və Nadiadwala Grandson Entertainment şirkətinin rəhbərliyində Sajid Nadiadwala tərəfindən istehsal olunmuş hind dilində olan döyüş filmidir. Film 2014-cü ildə çəkilmiş olan Heropanti filminin davamı kimi çəkilmişdir. Filmin baş rollarında Tiger Shroff, Nawazuddin Siddiqui və Tara Sutaria çəkilmişdirlər. Film 29 aprel 2022-ci ildə buraxılmışdır.

Digər lüğətlərdə

вши́вость как бу́дто напропалу́ю ноше́ние прого́рклый тёмно-ру́сый упо́ристо благонадёжно воня́ть гребешко́вый мальчи́шество мыча́ть настоя́тельность обслюня́виться перешвырну́ть разво́з digitate mekometer onslaught sky truck turnstile мальчишка нежирно перепланировать соколик