HƏZM

is. [ ər. ] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. – Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır.
“Zoologiya” □ Həzm cihazı – yeyilən şeyi həll edən bədən üzvləri (ağız boşluğu, qida borusu, mədə və bağırsaqlar).
Həzm etmək – mədədə həll etmək (yemək haqqında). Yediyini həzm edə bilmir.
Həzm olmaq – mədədə həll olmaq (yemək haqqında).
…Xörək həzm olmaqdan ötrü, yəni əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. H.Zərdabi.

◊ Həzm etmək1) dözmək, udmaq, qəbul etmək. Adam hər sözü həzm edə bilmir.
– …Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törənmişdi. M.S.Ordubadi;

2) başa düşmək, dərk etmək, ağlına sıxışdırmaq.
Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı.

Həzmi-rabedən keçirmək zar.1) yemək, udmaq.
Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmirabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski;

2) məc. mənimsəmək, boğazından ötürmək, sahiblənmək, özünə mal etmək.
[Musa bəy] dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏZM mənimsəmə — qavrama
  • HƏZM əritmə — üyütmə
HƏZİN-HƏZİN
HƏZRƏT
OBASTAN VİKİ
Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür:I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər. II. Ön bağırsaq Udlaq Qida borusu MədəIII. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaqIV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaqV. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəziAğız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.
Həzm sistemi
Həzm sistemi – həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. == Ağız boşluğu == Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir.Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir. Anadan yeni doğulmuş uşaqlarda diş olmur.

Digər lüğətlərdə

биочи́п весня́нки кне́ли поликова́ть путеводи́тельница удешеви́ться играть на́ руку и́ссера- малогра́мотность окриве́ть оси́плость охлажда́ться простра́чиваться фармаце́вт чаполоть abmodality bleep encoding germicidal intermingle irruption Khmer rig up житель шлюпочный