Golden Axe (video oyun)
Golden Axe - "Sega" oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Videooyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır.
== Hekayə ==
Oyun "Death Adder" (azərb. Ölüm gürzəsi) adlı zalım diktatordan intiqam almağa and içən 3 döyüşçü personajından biri seçilərək oynanılır. "Death Adder" sülh ölkəsi Yuriya ölkəsini (uydurulmuş Konan personajının yaşadığı orta əsrlər ölkəsi) işğal etmişdir. Həmçinin, Yuriya ölkəsinin kralı və kralın qızı əsir götürülərək, qəsrdə saxlanılır. "Death Adder" Yuriya ölkəsinin rəmzi sayılan "Qızıl balta" simvolunu (ing. Golden Axe) götürərək, kralı simvolu məhv etmək ilə hədələyir. Əgər insanlar ölkədə onun hakimiyyətini tanısalar, onda simvol məhv olmayacaqdır.