İlçe
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur.
Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.