işgüzar bax 1. işbacaran; 2. Əməksevən İŞĞAL Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, İraq və iranlıların işğalı altında idi (M.S.Ordubadi); FƏTH Özünü elə öyür ki, guya bütün fəthləri eləyən bu cənabi əfəndi idi (S.Rəhimov); İSTİLA [Aydın:] Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, şəşəə, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur, bax belə! (C.Cabbarlı); QƏSB Hüccət əfəndi: Onlar hamını dinsizliyə, qəsbə, zorakılığa çağırırlar! (S.Rəhimov); ZƏBT.