KÖHNƏLMƏK

f.
1. Çox işlənməkdən xarab olmaq, yıpranmaq, yararsız hala gəlmək. Pencək köhnəlib. Ayaqqabı köhnəldi.
2. Çox qalmaqdan xarab olmaq, təzəliyini, təravətini itirmək, yaramaz olmaq. Yağ (pendir) qalıb köhnəlib.
3. Vaxtı keçmək, dəbdən düşmək, az işlənmək, az istifadə olunmaq, günün tələblərinə cavab verməmək, bu gün üçün yaramamaq. Çıxarılan nəticələr köhnəlibdir. İfadələr köhnəlibdir.
Bu məsəl də indi bir çoxları kimi köhnəlmişdir. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖHNƏLMƏK qocalmaq
  • KÖHNƏLMƏK cırılmaq — dağılmaq — yırtılmaq — üzülmək

Antonimlər (əks mənalı sözlər)

  • KÖHNƏLMƏK KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az köhnədir (M.İbrahimov); Ala gözlərini gördüm; Təzələndi köhnə dərdim (Aşıq Ələsgər)
KÖHNƏLMƏ
KÖHNƏLMİŞ

Digər lüğətlərdə

вздёрнуть мета́фора нажда́чница перекро́й подстра́ивание фихтеа́нство четвёртка имити́роваться сдвиг фаз буйреп булка зажь халат Chaldean granger shares orogenesis Shropshire slubber splicer sunshade swivet whipstock диабетик съезжать тарантас