I KÖK (bədəncə ətli) Bax, o kök oğlan Aslanzadəilə bir yerdə işləyirdi (H.Abbaszadə); CANTIRAQ (dial.) Pota kişi gər ağacına bağlanmış xınayı, kök qoyunu açıb gətirdib Covanninin ayaqları altında yerə yıxdı, erkəyi kəsmək üçün rahatladı, böyürdən çıxan Cantıraq bir oğlan ona kömək elədi (H.Abbaszadə); DIBIRÇƏLLƏK (dial.) Dıbırçəllək adam bərk qaçmaz (ADDL); DOLĞUN Katibənin dolğun və şümal baldırları, düzgün əndamı, oynaq yerişi onun [Xələfin] xoşuna gəldi (Y.Şirvan); DOLUBƏDƏNLİ Qara oğlan ...kooperativ dükanının eşik divarına söykənmiş qısaboylu, dolubədənli, köhnə pencəyinin döşü iki yerindən yırtılmış qoca bir kişini göstərdi (M.Hüseyn); DOLUVÜCUD(LU) Xındırıstan bəylərinin ağıllısı, yaşlısı, savadlısı sayılan bu doluvücud, ortaboy, yaşı əllini haqlamış Məmmədbağır boy soyuqqanlı dinləndi... (Ə.Vəliyev); POTA Kişi əyilib çiyni üstündən dalca gələn pota oğlanı göstərdi (H.Abbaszadə); ŞİŞMAN Məsmə alçaqboylu şişman bir qadın idi... (X.Hasilova); TOSQUN Həmid ləngər vura-vura yeriyən tosqun bir kişini saxladı (H.Abbaszadə); TUMBUL Sonra Gülüş yüyürüb gəldi. Balaca, tumbul qolları ilə Aslanın qıçlarına sarıldı (C.Cabbarlı); YOĞUN Bu zaman Xasayın anası Badam gəldi. Bu yoğun kişi gözləri ilə ona işarə etdisə, qadın barıt kimi açıldı (A.Şaiq).
II KÖK Balqabaq, çuğundur, kök, qarpız, yemiş; Yığdı torbasına, dəymiş, dəyməmiş (R.Rza); YERKÖKÜ.
III kök bax rişə