KÜHL

ə. 1) gözə çəkilən qara rəng; sürmə; 2) göz dərmanı.

KÜHƏN
KÜHULƏT
OBASTAN VİKİ
Kühl
Kühl, Köhl və ya Sürmə (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə sürməni həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri sürmədir; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə sürmə çəkmək üçün bir qabı var idi." Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə sürmə çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur. Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.

Digər lüğətlərdə