– Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb.
[Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm.
Leyk gəl indi biz əyri oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl təzədən bir barışaq.
□ Küsülü kimi – sanki bir-birindən küsmüş, bir-birini dindirməyən adamlar kimi.
Dostlar bir-iki dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə baxdılar.
Küsülü kimi hərə öz aləminə dalmış, öz fikri ilə məşğuldu.