KƏC₁

sif. [ fars. ]
1. Əyri.
Qoy börkünü kəc qaşının üstünə, fırılda; Kəndin kimi bir lotiyimeydanını görcək. M.Ə.Sabir.
İri, tutqun gözü, acıqlı qaşı; Etinasız, qürurlu, kəc baxışı. A.Səhhət.

Kəc baxmaq – əyri baxmaq, pis niyyətlə baxmaq, pis gözlə baxmaq, etibarsızlıq göstərmək. Ustadına kəc baxanın gözlərinə qan damar. ( Ata. sözü ).
[Mirsadıq:] Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın. M.S.Ordubadi.
Qorxmamışıq dost görünən düşmənlərin qınağından; Toy tutmuşuq kəc baxanın göyünə də, ağına da. R.Rza.

2. Tərs, höcət. Kəc adam.
[Qapıçı:] Yaxşı tanıyıram kəc Əxistanı; Ya məni boğazdan çəkdirər dara; Ya da ki, saldırar daş zindanlara. M.Rahim.

□ Kəc başlamaq – tərsliyə başlamaq, inad eləmək, ziddinə getmək, əksinə hərəkət etmək.
[Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də məsələni yuxarılara keçirərəm. M.İbrahimov.

Kəc danışmaq – əksinə danışmaq, tərs-tərs danışmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏC kəc bax 1. çəpəki; 2. əyri 1; 3. höcət
  • KƏC tərs — inad
  • KƏC əyri — çəp

Antonimlər (əks mənalı sözlər)

  • KƏC KƏC – DÜZ Hələ bir yol üzümə kəc baxmayıb (S.Qədirzadə); Adam gərək dosttanışa düz baxa (“Ulduz”)
KƏC₂
KƏCAVƏ

Digər lüğətlərdə