KAŞİF

kəşf edən, meydana çıxaran, hər hansı sahədə yenilik yaradan.
KARPAT
KAŞQAR
OBASTAN VİKİ
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. == Həyatı == Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. == Həyatı == İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Məhəmməd mirzə Kaşifus-Səltənə
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri. == Həyatı == Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı. Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.

Digər lüğətlərdə