KAMYAB

is. [ fars. ] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar.
□ Kamyab olmaq1) kamına çatmaq, xoşbəxt olmaq.
Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani;

2) kam almaq.
Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun da, heykəlin də, məzarın da inqilab! M.S.Ordubadi;

3) fayda götürmək, bəhrəsini götürmək; faydalanmaq.
[Kök pişiklər arıq pişiyə deyirlər:] Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab. S.Ə.Şirvani.
[Nəcəf bəy:] Biri, görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, … öz zəhmətinin meyvəsindən kamyab olmayır. Ə.Haqverdiyev.

Etimologiya

  • KAMYAB Farscadır, kam “arzu”dur, yab isə yaftən (tapmaq, əldə etmək) feilinin əsa­sıdır. Mənası “arzuya çatan” deməkdir
KAMVOL
KAMYABLIQ

Digər lüğətlərdə

взмета́ть голосо́к недосы́п постижи́мый у́зи чва́нство в дальне́йшем вкла́дывать гидросме́сь губерна́торство не то что пе́ться прибива́ние сортиро́вщик фа́нзочка finicking guff La Hague monotony opera-cloak pseudograph redraw safety strip наземь фельдфебель