KARET

[ pol. ] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası.
Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev.
[Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq.
Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun.
Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza.

KAREL
KARETA
OBASTAN VİKİ
Sərt karet dönüşü
Sərt karet dönüşü (en. Hard return) –kursorun (və ya printerin) yeni sətrin başlanğıcına keçməsinin gərəkliyini proqrama bildirən siqnal. Səhifə sahəsindən kənara çıxan sətirləri avtomatik ayıran mətn emalı proqramlarında sətr karet dönüşü simvollarından abzasları bildirmək üçün istifadə olunur. Sözlərin avtomatik sətirdən-sətirə keçirilməsi funksiyası olmayan mətn emalı proqramlarında hər bir sətri sətr karet dönüşü ilə bildirmək lazımdır. Sərt karet dönüşləri müxtəlif proqramlarda eyni mənanı daşımaya bilər, buna görə də sənədi bir proqramdan başqasına ötürdükdə mətndə sətirlərin ayrılması çox qəribə ola bilər, artıq sətirlər və sətirlərarası intervallar yarana bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kicik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin goturə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə