KARGÜZAR

is. [ fars. ] İdarə və s.-də dəftərxana işlərini aparan xidmətçi; işlər müdiri.
Kargüzarı çağırıb, onlara vəzifə verəcəyini düşünərək tələbələr çox məmnun oldular. A.Şaiq.
Kargüzar olmusan, müxbir olmusan; Ey qoca müəllim, ey möhkəm insan! M.Müşfiq.
Kargüzar, qardaşına toy etmək üçün icazə alıb kəndə getmişdi. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KARGÜZAR kargüzar bax mirzə 1

Etimologiya

  • KARGÜZAR Farscadır, kar “iş”, güzar (əsli: qozar) isə “müəyyənləşdirən”, “nizam­la­yan” deməkdir. Kargüzar  “işi nizama salan” anlamını əks etdirir
KARGİR
KARGÜZARXANA
OBASTAN VİKİ
Kargüzarlıq
Kargüzarlıq — sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür. Kargüzarlıq özü 2 yerə bölünür: ümumi kargüzarlıq və xüsusi kargüzarlıq. Müəssisə və təşkilatların bütün mərhələlərinin sənədli informasiya ilə təchiz edilməsi prosesi kargüzarlıq sferasını təşkil edir. == Xüsusiyyətləri == Kargüzarlıqda rəhbər işçi və mütəxəssislər öz fəaliyyətlərini həyata keçirilməsi gedişində müəssisə və təşkilatlarda sənədlərlə aparılan üsulların, qaydaların və iş proseslərinin məcmuvi başa düşülür. Bu xüsusi növ idarəetmə fəaliyyəti olmaqla özündə sənədlərin hazırlanması, istifadə edilməsi, qəbulu, qeyd edilməsi, icraçılara çatdırılması, icrasına nəzarətin təşkili, onların çoxaldılması, göndərilməsi, verilməsi, müəyyən fəaliyyət üzrə sənədlər çoxluğundan ibarət olmaqla habelə işlənilmiş sənədlərin arxivdə saxlanması prosesini özündə birləşdirir. Sənəd layihələrinin tərtibi, çap edilməsi, çoxaldılması, saxlanması, göndərilməsi ilə ələqadər olaraq olan əməliyyatlar ümumi yəni, inzibati kargüzarlığa aid edilir. Sənədləşdirmənin aparılması qaydası və tərtibi ilə ələqadar olan fəaliyyət isə xüsusi kargüzarlığa aid edilir.

Digər lüğətlərdə

а вдоба́вок голубить зажи́ливать катра́ны крутоза́дый нормиро́вка отре́бье предро́сток свисту́н безуда́рный вороно́й дораста́ть мелькомбина́т почита́ть семикла́ссница усва́ивание apricot plum cryohydrate fianchetti high-grade power politics surprint tobacco cutter исковеркать красоваться