KEÇİLMƏZ

sif.
1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ.
– Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı.
Qatar keçilməz yolları oraq kimi kəsib-biçdi; Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib keçdi. H.Cavid.
Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər. H.K.Sanılı.

// Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu.
– Biz uca qayalar aşdıq; Keçilməz yollardan keçdik. Z.Xəlil.

2. məc. Son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında.
[Bəypolad Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! H.Cavid.

3. məc. Bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. Keçilməz günah.
KEÇİLMƏK
KEÇİLMƏZLİK

Digər lüğətlərdə