1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq.
…Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır.
// Getdikcə kiçik görünmək, balacalaşmaq.
Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı.
Çox keçmədi [Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi.
Gedir, gedir, nəhayət; Kiçilir bir xal kimi.
2. məc. Vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək.
[Xacə Nizam:] Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!…
3. məc. Yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq.
O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür…