KİLKƏ₁

is.
1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı kilkə kimi pırtlaşmaq.
– İkinci qız Nərgizə: – Dayan, bu saat sənin kilkələrini yolaram. Ə.Məmmədxanlı.
Qarı Mahmudun kilkə kimi pırtlaşmış zil qara saçlarına baxıb dedi… Ə.Əbülhəsən.

// Sif. mənasında. Kilkə saç.
– Qarının xınadan qızartdıq kilkələrinə elə bil heç vaxt daraq dəyməmişdi. Ə.Məmmədxanlı.

2. Yun və ya saç darandıqda ondan çıxan qırıntı. Yun atıldıqca didilir, kilkəsi çıxır.
3. Mürəkkəbqabı, qəlyan və s.-nin içərisinə qoyulan tük.

Omonimlər

  • KİLKƏ KİLKƏ I is. Kətan, yun və s. təmizlənərkən qalan qırıntı. Yundan qalan kilkəni bir yerə yığ. KİLKƏ II is
KİLİMÇİLİK
KİLKƏ₂

Digər lüğətlərdə