KİRKİT

sif. Qabığı çox bərk olmayan (qoz, badam və s. haqqında).
Qoz sortları eyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı – buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox bərk olana isə çətənə qoz deyirlər. İ.Axundzadə.

KİRKİRƏ
KİRKİT
OBASTAN VİKİ
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.

Digər lüğətlərdə