is. 1. Göz qapağının kənarlarındakı tükcüklər. Uzun kirpiklər.
– Anamın buz məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq alıb kirpiklərin. M.Araz.
Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət verirdi. T.Ş.Simurq.
□ Kirpiklərini endirmək – yerə baxmaq.
Kəmalə məndən utanırmış kimi kirpiklərini aşağı endirdi. M.Hüseyn.
Mehriban kirpiklərini ağır-ağır endirdi. H.Seyidbəyli.
Kirpiklərini qaldırmaq – gözlərini açmaq; baxmaq, süzmək.
O, kirpiklərini qaldırıb yarıaçılmış qapıya baxdı. M.İbrahimov.
Məsum kişi … kirpiklərini qaldıranda havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı… Mir Cəlal.
Kirpiklərini qırpmaq – tez-tez gözlərini açıb yummaq.
İmi … kirpiklərini tez-tez qırpmağa başladı. İ.Əfəndiyev.
2. xüs. bax
kirpikcik.
◊ Kirpik çalmaq (çaxmaq) – heyrətdən, təəccübdən tez-tez gözlərini açıb yummaq.
Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı).
Kirpik çaxdı, oğrun baxdı; Od saldı cana, yeridi. Aşıq Ələsgər.
Səriyyə xanım … kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi.
Kirpik (kirpiklərini) döymək – bax
kirpik çalmaq.
[Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov.
Yusif kirpiklərini döyüb özünü oyaq göstərməyə çalışdı. B.Bayramov.
Əlləzoğlu kirpiklərini tez-tez döyüb bic-bic irişdi. İ.Hüseynov.
Kirpik (kirpiklərini) qırpmamaq (qırpmadan) – dik, diqqətlə, gözlərini yummamaq (yummadan).
Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Çəmənzəminli.
[Gülsənəm:] də kirpiklərini qırpmadan Cəmilə baxırdı. M.Hüseyn.
Kirpikləri titrəmək – hirslənmək, haldan çıxmaq.
Bu ana qədər buxarının istisindən xumarlanan və qərarından getməyən Rəhim bəyin kirpikləri titrədi… M.Hüseyn.
Kirpiyi (kirpikləri) ilə od götürmək (qaldırmaq) – çox ağır əziyyət, zülm çəkmək.