Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • İNTİBA

    İNTİBA’ ə. 1) nəşr etmə, çap etmə, təb etmə; 2) təəssürat

    Tam oxu »
  • İNTİBAH

    ə. oyanma; renessans

    Tam oxu »
  • İNTİBAHNAMƏ

    ə. və f. bax intibaiyyə

    Tam oxu »
  • İNTİBAİYYƏ

    ə. təbliğat üçün çap olunmuş vərəqə

    Tam oxu »
  • İNTİBAQ

    ə. 1) uyğun gəlmə, mütaviq olma; 2) tətbiq edilmə

    Tam oxu »
  • İNTİFA

    İNTİFA’1 ə. 1) istifadə etmə, istifadə; 2) fayda, xeyir, mənfəət. İNTİFA’2 ə. söykə(n)mə

    Tam oxu »
  • İNTİFAX

    ə. şişmə, qabarma; şişkinlik

    Tam oxu »
  • İNTİHA

    İNTİHA’ ə. 1) nəhayət, son, axır; 2) sona çatma, nəhayəti olma, bitmə

    Tam oxu »
  • İNTİHAL

    ə. başqasının əsərini mənimsəmə, plagiatlıq

    Tam oxu »
  • İNTİHAR

    ə. özünü öldürmə

    Tam oxu »
  • İNTİXAB

    ə. 1) seçmə, seçilmə; 2) bir heyətə, idarəyə, qurultaya və s. üzv və s. seç(il)mə

    Tam oxu »
  • İNTİXABAT

    ə. «intixab» c. seçkilər

    Tam oxu »
  • İNTİXABİ

    ə. seçki ilə olan; seçkili

    Tam oxu »
  • İNTİQAD

    ə. 1) tənqid; 2) qınama; 3) məzəmmət etmə; pisləmə

    Tam oxu »
  • İNTİQAL

    ə. 1) keçmə, keçid; 2) daşı(n)ma; 3) ölmə, keçinmə; 4) nəql etmə; 5) keçirmə, çevirmə; 6) yerini dəyişmə

    Tam oxu »
  • İNTİQAM

    ə. əvəz, qisas, öc

    Tam oxu »
  • İNTİSAB

    İNTİSAB1 ə. 1) birləş(dir)mə; 2) təyin etmə; 3) qaldırma; 4) ereksiya. İNTİSAB2 ə. mənsub olma; mənsubluq

    Tam oxu »
  • İNTİSAF

    ə. 1) insaf; 2) ədalət

    Tam oxu »
  • İNTİSAQ

    ə. nizama düzülmə, nizamlı olma, nizamlılıq

    Tam oxu »
  • İNTİSAR

    ə. qələbə, qalibiyyət, zəfər

    Tam oxu »
  • İNTİŞAR

    ə. 1) çoxalıb yayılma; dağılma, yayılma; 2) ağızlara düşmə, şöhrətlənmə

    Tam oxu »
  • İNTİVA

    İNTİVA’ ə. düşür(ül)mə

    Tam oxu »
  • İNTİZA

    İNTİZA’ ə. çəkib alma, çəkib qoparma

    Tam oxu »
  • İNTİZAM

    ə. 1) nizam, qayda, səliqə; 2) qayda-qanun, nizam-intizam

    Tam oxu »
  • İNTİZAR

    ə. gözləmə

    Tam oxu »
  • İNZAL

    ə. en(dir)mə

    Tam oxu »
  • İNZAR

    ə. qorxudan inkar etmə, rədd etmə

    Tam oxu »
  • İNZİAC

    ə. bax izac

    Tam oxu »
  • İNZİBAT

    ə. 1) nizam-intizama riayət etmə; 2) nizam, qayda

    Tam oxu »
  • İNZİBATİ

    ə. nizam-intizama aid olan; nizam-intizama nəzarət edən

    Tam oxu »
  • İNZİMAM

    ə. 1) əlavə edilmə, üzərinə gəlmə; 2) birləş(dir)mə, qat(ıl)ma

    Tam oxu »
  • İNZİVA

    İNZİVA’ ə. bir guşəyə çəkilmə, dünyadan əl üzmə

    Tam oxu »
  • İNZİVANİŞİN

    ə. və f. evdə oturub heç yerə çıxmayan; guşənişin

    Tam oxu »
  • İNZİVANİŞİNİ

    ə. və f. evdə oturub heç yerə çıxmama; guşənişinlik

    Tam oxu »
  • İRAB

    İR’AB ə. vahiməyə salma, qorxutma

    Tam oxu »
  • İRAD

    ə. 1) gətirmə, götürmə; 2) bir mülk və ya yerin məhsulundan və icarəyə verilməsindən əldə edilən gəlir; 3) məhsul və ya icarə haqqı gətirən əkin və ya

    Tam oxu »
  • İRADƏ

    İRADƏ(T) ə. 1) istək, dilək; 2) ixtiyar; 3) hökm, fərman

    Tam oxu »
  • İRADƏT

    İRADƏ(T) ə. 1) istək, dilək; 2) ixtiyar; 3) hökm, fərman

    Tam oxu »
  • İRADİ

    ə. könüllü

    Tam oxu »
  • İRAƏ

    ə. 1) göstərmə, göstəriş; 2) görsənmə, görünmə; 3) təqdim etmə

    Tam oxu »
  • İRAHƏ

    ə. rahatlandırma

    Tam oxu »
  • İRAQİ

    ə. iraqlı

    Tam oxu »
  • İRANİ

    ə. iranlı

    Tam oxu »
  • İRAS

    ə. törətmə, gətirmə, vermə

    Tam oxu »
  • İRBA

    İRBA’ ə. faizlə art(ır)ma, çoxal(t)ma

    Tam oxu »
  • İRCA

    İRCA’ ə. geriyə çevirmə, dala döndərmə

    Tam oxu »
  • İRCAF

    ə. əsassız xəbər; şayiə

    Tam oxu »
  • İRDAF

    ə. kinayə

    Tam oxu »
  • İRƏM

    ə. 1) Şərq əsatirində Yəməndə olduğu göstərilən əfsanəvi bağ; 2) m. behişt, cənnət

    Tam oxu »
  • İRƏMMİSAL

    ə. İrəm kimi gözəl (əsasən bağ haqqında)

    Tam oxu »