1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq.
– Sındırıb korlamısan; Oyuncaqları bir-bir.
[Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan.
// məc. Pisləşdirmək, xarablamaq, puça çıxarmaq, alt-üst eləmək.
Qız Hüseyn Kürdə yalvarıb dedi: – Sən getmə, çoban adamsan, danışığını bilməzsən, işi daha da korlarsan… ( ).
[Sultan bəy:] …Mərdimazar oğlu mərdimazar hayandan gəldi isə, bütün işi korladı.
…Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı.
2. məc. Sərfəsiz xərcləmək, sovurub dağıtmaq, puç eləmək; sovurmaq. Pulu korlamaq.
– Yaşar iki ayda iki min manatlıq malı korlamışdır.