KORLAMAQ

f.
1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq.
– Sındırıb korlamısan; Oyuncaqları bir-bir. R.Rza.
[Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan. S.Rəhman.

// məc. Pisləşdirmək, xarablamaq, puça çıxarmaq, alt-üst eləmək.
Qız Hüseyn Kürdə yalvarıb dedi: – Sən getmə, çoban adamsan, danışığını bilməzsən, işi daha da korlarsan… (Nağıl).
[Sultan bəy:] …Mərdimazar oğlu mərdimazar hayandan gəldi isə, bütün işi korladı. Ü.Hacıbəyov.
…Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.

2. məc. Sərfəsiz xərcləmək, sovurub dağıtmaq, puç eləmək; sovurmaq. Pulu korlamaq.
– Yaşar iki ayda iki min manatlıq malı korlamışdır. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KORLAMAQ KORLAMAQ, XARAB ETMƏK/ELƏMƏK, ZAY ETMƏK/ELƏMƏK
  • KORLAMAQ xərcləmək
  • KORLAMAQ xarablamaq — qaralamaq
KORLAMA
KORLANMA

Digər lüğətlərdə