KƏNDİRQAYIŞ

sif. Bərk, möhkəm.
□ Kəndirqayış kimi – bərk-bərk.
Qırsaqqız Xoca Əzizi elə tutdu, elə tutdu ki, kəndirqayış kimi. Koroğlu”.

Kəndirqayış olmaq – tutub (yapışıb) buraxmamaq.
…Oğlan oldu kəndirqayış, qızdan əl çəkmədi ki, çəkmədi. (Nağıl).

KƏNDİRBAZLIQ
KƏNDİSTAN
OBASTAN VİKİ
Kəndirqayış
Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır. == Fəaliyyəti == Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır. Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir. Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir: Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır.

Digər lüğətlərdə