LÜT-ÜRYAN

sif.
1. Lüt-anadangəlmə, lümlüt.
Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov.

□ Lüt-üryan olmaq – lüt-anadangəlmə olmaq, lümlüt olmaq.
[Fatmanisə:] Lüt-üryan olub kişilərin qabağına çıxdı. M.İbrahimov.

2. məc. Yoxsul, kasıb.
□ Lüt-üryan qalmaq – var-yoxu əlindən çıxmaq. Yəqin evini yarıblar, var-yox əlindən gedib.
Yaxşı lütüryan qaldı küçələrdə. Mir Cəlal.

LÜT-MÜT
LÜTCƏ

Digər lüğətlərdə