LOĞMAN

Əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs mənasında işlənmişdir. Loğman da gəlsə dirilməz.
– Bir İsa nəfəsli, Loğman dəvalı; Vaqifəm, sevmişəm bir şux dilbəri. M.P.Vaqif.
Dərdindən xəstəyəm, çəkərəm ahı; Ölürəm, Loğmanım, getmə, amandı! Aşıq Ələsgər.
Burda yoxsa həkim, dərman; Bu dağlarda mənəm Loğman. M.Dilbazi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LOĞMAN loğman bax həkim
LOĞMALIQ
LOJA

Digər lüğətlərdə