LƏPƏLƏNMƏK

f.
1. Dalğalanmaq.
Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi. T.Ş.Simurq.

2. məc. Dəniz dalğalarını xatırladacaq şəkildə yellənmək, tərpənmək; dalğalanmaq.
Kəndin kənarındakı əkinlərin başaqları sakit bir dəniz kimi ləpələnirdi. S.Hüseyn.
Alqış səsi ləpələnən meşələrə yayıldı, çayların, çeşmələrin şırıltısına qarışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏPƏLƏNMƏK ləpələnmək bax dalğalanmaq 1
  • LƏPƏLƏNMƏK dalğalanmaq
LƏPƏLƏNMƏ
LƏPƏLƏTMƏ₁

Digər lüğətlərdə